Arxiv
21 Avqust 2018, 17:35 | PARLAMENT
Komitə sədri: “Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq” – MÜSAHİBƏ

Sentyabrda Milli Məclisin payız sessiyası öz işinə başlayır.

Qarşıdakı sessiyada qurumun ayrı-ayrı komitələri qanunvericiliklə bağlı hansı təkliflərlə çıxış edəcəklər, hansı sahələrlə bağlı yeni sənədlər hazırlanacaq?

Öncə Milli Məclisin Gənclər və İdman Komitəsinin görəcəyi işlərlə maraqlandıq.

Modern.az saytının suallarını komitənin sədri Ülvi Quliyev cavablandırır.

 

- Ülvi müəllim, komitəniz üçün yaz sessiyası daha çox hansı məsələlərlə yadda qaldı?

 

- Qarşıdan Qurban Bayramı gəlir. Bu bayram birgəlik, bölüşməyi bacarmaq, həmrəylik bayramıdır. Xalqımızı bu bayram günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.         

Hesab edirəm ki, yaz sessiyası dövründə Milli Məclis çox məhsuldar işlədi. Komitəmiz tərəfindən "Bədən tərbiyəsi və idman haqqında", "İdmanda dopinq vasitələri və üsullarına qarşı mübarizə haqqında" və bir sıra başqa qanunlarda dəyişikliklər edildi.

Bundan başqa, xeyli sayda tədbirlərə ya ev sahibliyi etdik, ya da iştirakçı qismində iştirak etdik. Onlardan bir neçəsini diqqətə çatdırmaq istəyirəm.

Realmadrid Fondunun Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində yaradılmış Azərbaycan Sosial Futbol məktəbinin rəsmi açılış mərasimində iştirak etdik. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Müstəqillik gününə həsr olunmuş tədbirdə, Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim – mənim hüquqlarım: “Parlament müzakirəsi” mövzusunda tədbirdə,

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Gənclər Birliyinin bir qrup üzvü ilə Milli Məclisdə görüşdə iştirak etdik.

Bakı Oksford məktəbinin şagird və müəllim heyətinin Milli Məclisə ekskursiyası təşkil olundu.

-Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qaradəniz və Xəzəryanı ölkələrarası karate üzrə beynəlxalq turnirdə iştirak etdik.

 

Komitənin  təşəbbüsü, AzEdu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin  təşkilatçılığı ilə Milli Məclisdə “İlin Gənc müəllimi” nin mükafatlandırılması tədbiri  keçirildi.

Bakı Mühəndislik universitetində keçirilmiş  Məzun günündə iştirak etdik.

Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayında iştirak etdik.

Komitə üzvləri 2018-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri  qiymətli hədiyyələrlə mükafatlandırdı.

Qazaxıstan, İordaniya, Pakistan və İtaliya gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin qaliblərini Azərbaycan Respublikasının Milli Məclisi ilə tanış etdik. Demək istədiyim odur ki, gənclər və idmanla bağlı çox müxtəlif tədbirlər keçirmişik.

 

- Bəs, payız sessiyası dövründə komitənizin görəcəyi işlər barədə nə deyə bilərsiniz?

 

- Dövlətimizin gənclər və idmanla bağlı məsələlərdə xüsusi yanaşması var. Cənab Prezident İlham Əliyev hər iki sahəyə xüsusi diqqət yetirir. Məhz bu qayğının nəticəsində Azərbaycan gəncliyinin səsi dünyanın hər bir ölkəsindən gəlir. Məhz bu qayğının nəticəsində Azərbaycan idmançıları bayrağımızı ən mötəbər yarışlarda yüksəkliklərə qaldırırlar. Prezidentimizin gənclər və idman siyasəti Ermənistanın işğalı altında olan tarixi ərazilərimizin azad olunması, Qarabağın azad olunmasına xidmət edir. Heç şübhəsiz ki, Milli Məclis də bu ali yanaşmalara uyğun fəaliyyət göstərir.

 

Bilirsiniz, yaşadığımız zaman elədir ki, dəyərlər, yanaşmalar, tələblər anbaan dəyişir. Ona görə də dünən ən mükəmməl şəkildə hazırlanmış, bütün tərəfləri ilə dövrün tələblərinə cavab verən qanunlarda bu gün dəyişiklik zərurəti yaranır.  Bu baxımdan qarşıda görüləcək xeyli işlər var.

 

Gənclərlə bağlı qanunvericilikdə ciddi dəyişiklikləri vacib sayırıq. Dopinqdən istafadənin qarşısının alınması üçün qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı təkliflərimiz var. Reproduktiv sağlamlıqla bağlı da qanunvericilikdə müəyyən addımların atılmasını zəruri bilirik. Payız sessiyasının işlər planında xeyli sənədlər var. Hər bir halda istər qanunvericilkdə dəyişikliklərlə bağlı atılacaq addımlar, istərsə də nəzərdə tutulan digər tədbirlər insanlarımıza xidmət edəcək.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30