Arxiv
28 Avqust 2018, 17:02 | PARLAMENT
“Etimadı itirənlər vəzifədən gedəcəklər” - Fəzail Ağamalıdan Elmar Vəliyevin işdən çıxarılmasına REAKSİYA  

Bu gün Prezident İlham Əliyev bir neçə bölgəyə yeni icra başçısı təyin edib. Belə ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Həmçinin Niyazi Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezidentin imzaladığı digər sərəncamlarla isə İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin, Vaqif Həsənov isə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a deyib ki, İlham Əliyev bu ilin aprelin 11-də keçirilən seçkilərdə yenidən prezident seçildikdən sonra artıq ciddi xarakter daşıyan islahatları daha da dərinləşdirib.


“Ölkənin iqtisadi, hüquqi müstəvidə daha da təkmilləşdirilməsi, dövlətimizin möhkəmlənməsinə xidmət edən addımların atılması prezidentin siyasi, idarəçilik fəaliyyətində ən mühüm xarakter daşıyır. Əlbəttə ki, bu humanistlik prinsipinə söykənir”.

F.Ağamalı prezidentin icra başçıları ilə bağlı son təyinatlarının gözlənilən olduğunu bildirib:

“Bu, bir daha onu göstərir ki, ölkə başçının etimadını itirən, xalqa lazımi səviyyədə xidmət etməyənlər öz vəzifələrini itirəcəklər. Hesab edirəm ki, Azərbaycan xalqına xidmət etməyi özünə şərəf bilən, dövlət başçısının tapşırıqlarını birmənalı şəkildə yerinə yetirən, öz şəxsi ambisiyalarının quluna çevrilməyən insanlar vəzifəyə təyin olunduqdan sonra da bu proses davam edəcək. Əgər bu təyinatlar ayrı-ayrı məmurlar tərəfindən nəzərə alınmırsa, ibrət dərsi götürülmürsə əlbəttə ki, həmin dəyişikliklər onları da gözləyir. Mən çox istərdim ki, belə olmasın. Onlara prezident tərəfindən  göstərilmiş etimadı yüksək səviyyədə doğrultsunlar, həqiqətən də Azərbaycan xalqının xidmətçisinə çevrilsinlər, hər zaman xalqın içərisində olsunlar, xalqın düşüncələrini, istəklərini öyrənsinlər, insanların məruz qalmış olduğu problemlərin, çətinliklərin həll edilməsi istiqamətində işlər görüsünlər. Bu, mənim və Azərbaycan xalqının gözləntisi, istəyidir. Ölkə başçısının hər bir addımı hər zaman olduğu kimi,  indi də Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Əmin olmaq istərdim ki, yeni təyinat alanlar dövlət başçısının etimadını yüksək səviyyədə doğruldacaqlar. Azərbaycan xalqının təmənnasız xidmətində duracaqlar. Hər zaman xalqımız tərəfindən sevimli məmura çevriləcəklər. Mənim arzum və istəyim budur”.

Deputat ümid edir ki, son hadisələr məmurların hərəkət və davranışlarında müəyyən ciddi dəyişikliklərə səbəb olacaq:

“Hər kəs daşımış olduğu vəzifənin məsuliyyətini dərk edərək, yuxarıda sadaladığım keyfiyyətlərə söykənərək xalqımıza və dövlətimizə  xidmət göstərəcək. Azərbaycan xalqı ilə prezident arasında mövcud olan birliyə, vəhdətə  yeni-yeni töhfələr verəcəklər. Mən buna inanmaq istərdim. Yeni təyinat alanlara da cansağlığı, işlərində müvəffəqiyyətlər arzu edirəm.  Arzu edərdim ki, onlar haqqında mətbuatda,  ictimai rəydə ancaq xoş fiikirlər səsləndirilsin”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30