Arxiv
29 Avqust 2018, 11:58 | PARLAMENT
“Niyazi müəllimə daha böyük diapazonda çalışmaq lazım gələcək” - Gəncənin deputatı    

Avqustun 28-də prezident İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin işdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Elə həmin gün ölkə başçısı başqa bir sərəncamla Niyazi Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.

 

Gəncə şəhərinin deputatı  Musa Quliyev Modern.az-a açıqlamasında şəhərin yeni  rəhbərliyindəki dəyişikliyə münasibət bildirib.

 

Deputat qeyd edib ki, İcra hakimiyyəti başçısının vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Prezidentin səlahiyyətində olan məsələdir:

“Ona görə də belə təyinatları müzakirə etmək ən azı siyasi etika baxımdan doğru deyil.

Eyni zamanda, həyatının çox hissəsi Gəncə ilə bağlı olan bir adam kimi söyləyə bilərəm ki, son 15 ildə ölkə başçısının xüsusi qayğısı ilə, şəhərin sabiq icra hakimiyyəti başçıları Eldar Əzizovun  və Elmar Vəliyevin təşkilatçılığı ilə Gəncədə olduqca böyük işlər görülüb. İstər quruculuq-abadlıq istiqamətində, istərsə də ictimai-siyasi, mədəni mühitin yaxşılaşması baxımından”.


Deputat öncə Niyazi Bayramovu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması münasibətilə ürəkdən təbrik edib və ona uğurlar arzulayıb.

M.Quliyev bildirib ki, şübhəsiz ki, prezident yeni icra başçısının qarşısında yeni vəzifələr qoyub və tövsiyyələrini söyləyib:


“Niyazi müəllim də öz işini bu planda quracaq. O, kifayət qədər rəhbərlik təcrübəsi olan dövlət adamıdır. Cəmiyyətdə ədalətli, çalişqan, mədəni, intellektual səviyyəsi yüksək vətənpərvər  məmur kimi tanınır. Gəncə ölkəmizin tarixi paytaxtlarından biri, ikinci böyük şəhəridir və Niyazi müəllimə daha böyük diapazonda çalışmaq lazım gələcək. İctimai-siyasi mühitin daha da sağlamlaşdırılması, mədəni- elmi səviyyənin daha da yüksəməsi, yoxsulluq səviyyəsinin aşağı salınması, daha çox  sayda yüksək əmək haqqı verən yeni iş yerlərinin açılması bu gün ən aktual problemlərdir. İnanıram ki bu problemlərin həllində  Niyazi müəllim tək olmayacaq, bu xeyirxah işlərdə bütün gəncəlilər, o cümlədən Gəncənin millət vəkilləri əlindən gələn köməyi əsirgəməyəcəklər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30