Modern.az

Milli Məclis yeni qanun layihələri hazırlayıb

Milli Məclis yeni qanun layihələri hazırlayıb

31 Avqust 2018, 09:01

Milli Məclisin payız sessiyasında bir neçə yeni qanun layihəsi müzakirəyə çıxarılacaq, bir sıra qanunlara isə əlavə və dəyişikliklər ediləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, "Uşaqların zərərli informasiyadan qorunması haqqında", “Daxili qoşunlar haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Psixoloji yardım haqqında” yeni  qanun layihələrinin “Milli Məclisinin 2018-ci il payız sessiyasının qanunvericilik işləri planı”na  daxil edilməsi gözlənilir.

Həmçinin bir sıra qanunlara əlavələr və dəyişikliklər ediləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası oktyabrın 1-də keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir