Arxiv
17 Sentyabr 2018, 11:56 | PARLAMENT
 “Prezident oğlunu əsgər göndərməklə məmurlara örnək göstərdi” - Övladlarını Avropaya qaçıranlar qınandılar

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu.

ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyev dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı “N” saylı hərbi hissəsində hərbi and içib.

 

Azərbaycan Milli Məclisinin deputatları Modern.az  saytına bu dəfə Prezidentin oğlunun həqiqi hərbi xidmətə yollanmasından danışıblar.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, ölkə başçısının hər bir addımı hər kəs üçün nümunə olmalıdır:

“Cənab prezidentin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə yollanması hər birimiz üçün iftixar hissidir. Yaxşı  olardı ki, bu, hər bir məmurumuz üçün örnək olsun”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə ilk növbədə bütün həqiqi hərbi xidmətdə olan şəxslərə müvəffəqiyyətlər arzulayıb:

“Arzu edirəm ki, Heydər Əliyev də daxil olmaqla bütün əsgərlərimiz hərbi xidməti şərəflə və uğurla başa vuraraq sağ-salamat evlərinə qayıtsınlar. Cənab prezidentin nəinki dünənki addımı, onun bütün addımları məmurlar üçün örnək olmalıdır. Amma çox təəssüflər olsun ki, zaman – zaman bəzi məmurlar cənab prezidentin təqdim etdiyi, ortaya qoyduğu davranış və dözümlülük qaydalarını pozurlar. Bəzən biz harınlamış, yolunu azmış, haqdan uzaq düşmüş, özünün var-dövləti ilə öyünməyə çalışan, dövlətinə, xalqına qarşı əks mövqe tutan ayrı-ayrı məmurları görmüşük.  Mən həmişə demişəm ki, yerlərdə icra başçıları, nazirlər, millət vəkilləri, məmurların hər biri cənab prezidentdən həmişə örnək götürməlidir. Məmurlar sadəliyi ilə vətəndaşlara doğru yol göstərməlidir, onların həmişə yanında olmalı və rəğbətini qazanmalıdır. Dünənki hadisə də məmurlara örnək olmalıdır”.

 

Deputat bildirib ki, çoxsaylı məmurlar var ki, onlar övladlarını hərbi xidmətdən yayındırmaq üçün Avropada, Amerikada təhsil almaq adı altında ölkədən çıxarıblar.

“Hələ də bu proses davam edir. Xaricdə təhsil aldıqdan sonra onların müəyyən hissəsi ölkəyə qayıtsa da, ancaq müəyyən hissəsi də guya təhsillərini davam etdirmək adı ilə hələ də Avropada və başqa ölkələrdə qalaraq, hərbi xidmətdən yayınırlar. Mən çox istərdim ki, hər bir kəs ölkə başçısının təqdim etdiyi kimi, öz övladını hərbi xidmətə yola salarkən sadə vətəndaşların arasında olsun. Və vətənin keşiyində məğrur durmağı övladına tövsiyə etsin”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas qeyd edib ki,ölkə başçısının oğlunun hərbi xidmətə yollanması təbii ki, bir nümunədir:

“Həm də getməlidir. Çünki onun da gələcəyi var. Hərbi xidmətdə olmayan şəxsin gələcəkdə inkişafı da ola bilməz. Hərbi xidmətdə olmayan şəxs gələcəkdə dövlət işində işləyə bilməz. Prezident bir nümunə göstərərək oğlunu hərbi xidmətə yollayıb”.

 

Deputat bildirib ki, onun tanıdığı məmurların övladlarının hamısı hərbi xidmətə gedib və ya hazırda əsgərlikdədirlər:

“Əgər çağırış yaşlı vətəndaşın səhhətində problem yoxdursa, mütləq hərbi xidmətdə olmalıdır.  Türkiyədə belə bir şey var ki, hərbi xidmətə getməyənlərə qız vermirlər.  Bizdə də hər bir sağlam vətəndaş hərbi xidmətə getməlidir. Bu, hər bir şəxsin vətən qarşısında vətəndaşlıq borcudur”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02