Modern.az

Azərbaycanda lotereyalarla bağlı qanun dəyişdirilir  

Azərbaycanda lotereyalarla bağlı qanun dəyişdirilir   

24 Sentyabr 2018, 11:31

“Lotereyalar haqqında” qanun dəyişdirilir. Modern.az-ın məlumatına görə, bununla bağlı adıçəkilən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün payız sessiyası çərçivəsində keçirilən ilk iclasının müzakirəsinə çıxarılıb.

Yeni dəyişikliklərdə qeyd olunur ki, (4.9) lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilataçısı uduş fondunun oynanılmış tarixinə azı 15 gün qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər.
Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanın daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazə verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.

Lotereyaların şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina barədə qərar lotereya təşkilatçısına təqdim edilir və sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?