Modern.az

Kimlər fərdi təhsil ala bilər? - VİDEO

Kimlər fərdi təhsil ala bilər? - VİDEO

24 Sentyabr 2018, 13:08

"Təhsil haqqiıda" qanuna uygun olaraq 2014-cü ildə uzun müddət təhsildən kənar qalmış uşaqların yenidən təhsilə cəlb olunması ilə bağlı müəyyən qaydalar hazırlanıb. Onlardan biri də fərdi təhsilin təşkili haqqında qaydadır. Belə təhsil 2015-ci ildən tətbiq olunmağa başlayıb və bu tədris ilində də davam etdirilir.

 

Modern.az xəbər verir ki,  fərdi təhsilə ümumi təhsilə ümumiyyətlə cəlb olunmayanlar, ibtidai təhsil səviyyəsini bitirdikdən sonra təhsildən kənarda qalanlar, ibtidai təhsil səviyyəsinin IV, ümumi orta təhsil səviyyəsinin IX sinifləri istisna edilməklə, bu səviyyələr üzrə digər hər hansı bir sinfi bitirdikdən sonra təhsildən kənarda qalanlar cəlb olunurlar. Eləcə də xüsusi istedadı ilə fərqlənən şagirdlər də bu təhsil formasından yararlana bilərlər .

 

Fərdi təhsil almaq istəyən şəxslər  yaşayış yeri üzrə təhsil şöbəsinə (idarəsinə) təhsildən kənarda qalmasının səbəbi və hansı sinifdə təhsil alması göstərilməklə müraciət etməlidirlər.

 

Əlavə olaraq qeyd edək ki, fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər, arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.

 

Xüsusi istedadlı təhsilalanlara gəldikdə isə  fərdi təhsil texniki, təbiət və humanitar fənlər üzrə xüsusi bilik və bacarıq nümayiş etdirən, çevik təfəkkürü, müstəqil öyrənmək və qeyri-standart düşünmək qabiliyyəti, dünyagörüşünün genişliyi ilə fərqlənən şagirdlər üçün həmin fənn (fənlər) üzrə təşkil edilir.

 

Məlumat üçün bildərk ki, 2015-ci ildə 1106, 2017-ci ildə 1242, 2018-ci ildə isə 1587 nəfər fərdi təhsilə cəlb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir