Modern.az

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq

Təhsil

25 Sentyabr 2018, 10:56

Magistr və doktorantlara verilən təqaüdlərdən vergi tutulmayacaq.

Modern.az-ın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci maddəsinə (Gəlir vergisindən azadolmalar və güzəştlər) dəyişiklik təklif olunur.

Hazırki qanunvericiliyə görə, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğlərindən gəlir vergisi tutulmur.

Dəyişikliyə görə isə magistr və  doktorantlara verilən təqaüdlərdən gəlir vergisi tutulmayacaq.

Vergi Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi