 
                                Milli Məclisin 2018-ci ilin payız sessiyasında qanunvericilik işlər planı bəlli olub. Modern.az-ın məlumatına görə, 2018-ci il payız sessiyasının işlər planına aşağıdakı məsələlər daxildir:
Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdim etdiyi qanun layihələri;
 2. "Azərbaycan Respublikasnının Dövlət bayrağı haqqında; 
 3. "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında";
 4. "Azərbaycan Respublikasının Dövlət himni haqqında" ; 
 5. “Konstitutsiya qanunu layihələri; 
 6. "Standartlaşdırma haqqında"; 
 7. "Kabel şəbəkəsi haqqında" ; 
 8. "Kinematoqrafiya haqqında"; 
 9. "Azərbaycan muğam səntinin qorunması və inkişaf etdirilməsi haqqında” ; 
 10. "Yazılı abidələr haqqında" ; 
 11. "Turizm haqqında"; 
 12. "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" ; 
 13. "Psixoloji yardım haqqında"; 
 14. "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında"; 
 15. "Ümumi təhsil haqqında" yeni qanun layihələri.
Bundan əlavə, işlər planına Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr daxil edilib. 
 Milli Məclisin 2018-ci il payız sessiyasının işlər planı təsdiqlənməsi üçün parlamentin oktyabrın 1-i və 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.