Modern.az

Yaponiya yeni hipersəs bombalar hazırlayır

Yaponiya yeni hipersəs bombalar hazırlayır

26 Sentyabr 2018, 11:17

Yaponiyanın müdafiə sənayesi planlaşdırılmış hipersəs bombaları üzərində aparılan işlərin sürətini artırıb.

 

Modern.az “The Japan Times” nəşrinə istinadən xəbər verir ki, Yaponiya hökuməti bu yeni silahları planlaşdırıldığından 7 il tez yəni 2026-cı ildə silahlanmaya almaq istəyir.

 

Bu yeni silahın iş prinsipi raketin bomba yerləşdirilmiş başlığınnın müəyyən yüksəklikdə raketdən hipersəs sürəti ilə ayrılaraq hədəfə doğru hərəkət etməsindən ibərətdir.

 

Yapon mütəxəssisləri bu üsulun bombanın hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilməsini çox çətinləşdirəcəyini düşünürlər.

 

Planlaşdırılmış bomba ilə hazırlanan raketlər mobil yerüstü qurğulardan buraxılacaq.

Bu silahın hədəf mənzili barədə hələki məlumat verilməsə də nəşr bu məsafənin kifayət qədər böyük olacağına diqqət çəkir.

 

Bu silahın xarakteristikaları onu müdafiə kimi, Yaponiyanın Konstitusiyasının sülh şərtləri ilə ziddiyyət təşkil edən hücum əməliyyatlarında istifadə etməyə imkan verir.

Planlaşdırılmış bombalar ilə təchiz edilmiş raketlərin ilk növbədə Şərqi-Çin dənizindəki adalara yerləşdirilməsi planlaşdırılır.

 

Rəsmi Tokio bu məsələdə həmin regionda hazırda Yaponiyanın nəzarətində olan Senkaku arxipelaqına görə Pekinlə münasibətlərin gərginləşməsini istisna etmir. Bu arxipelaqa həmçinin Çin iddia edir.

Qeyd edək ki, planlaşdırılmış bombalarla yanaşı Yaponiya qanadlı hipersəs raketləri üzərində də işləyir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı