Arxiv
26 Sentyabr 2018, 12:20 | PARLAMENT
“Azərişıq” “Azərenerji”yə birləşdirilə bilər - Deputat təklifi DƏSTƏKLƏDİ  

Büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması və oxşar profilli idarəetmə qurumlarının birləşdirilməsi  istiqamətində mütamadi olaraq işlər aparılır.

Sentyabrın 4-də  ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev vəzifəsində azad edildi və onun yerinə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev  təyin edildi.
“Azərişıq”ın rəhbərliyinə isə hələ ki hər hansı təyinat olmayıb.

Ölkə başçısının bu sərəncamından sonra cəmiyyətdə “Azərişıq”ın ləğv ediləcəyi, regional enerji idarələrinin isə “Azərenerji”yə birləşdiriləcəyilə bağlı ehtimallar güclənib.

 

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü  Vahid Əhmədov Modern.az-a açıqlama verib.

Vahid Əhmədov da “Azərişıq”ın “Azərenerji”yə birləşdirilməsi təklifini dəstəklədiyini vurğulayıb.

“Mən təklif edirəm ki, bu iki qurum birləşdirilsin və Balababa Rzayev onlara rəhbərlik etsin.  Çünki onun bu işdə  kifayət qədər təcrübəsi var. Bildiyimiz kimi, “Azərnerji” işıq istehsal edir, “Azərişıq” isə istehlak edir.  Bu qurumlar bir-biri ilə əlaqəli sistemdir.  Bu qurumların birləşdirilməsi sistemin inkişafına çox böyük kömək edə bilər.  Həm kadr, həm də digər sahələrlə bağlı.  Həm də bu qurumların birləşdirilməsi dövlət büdcəsinə qənaət etməkdir”.

 


Deputat qeyd edib ki,  “Azərişıq”ın müəyyən bir hissəsi özəlləşməyə çıxarılmalıdır.

““Azərişıq”ın satış hissəsi tamamilə özəlləşdirilə bilər. Ancaq istehsalçı hissə isə strateji obyeklər olaraq dövlətdə qalmalıdır. Ona görə də bu qurumları birləşdirib belə bir sxem qurmaq lazımdır”.

 

V.Əhmədov bildirib ki, Balababa Rzayev “Azərişıq”ın prezidenti olan zaman çox işlər görüb:

“Onun rəhbərliyi ilə  işıq sistemində olan problemlər aradan qaldırılıb, kəndlərə qədər işıq dirəklərinin dəyişdirilməsi məsələsi həll edilib. “Azərenerji”də  də müəyyən problemlər var. Ancaq hesab edirəm ki, Balababa Rzayevin rəhbərliyi ilə oradakı problemlər öz həllini tapacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24