Modern.az

Qəbiristanlıqlarda sanitar normaları pozanlar cərimələnəcək  

Qəbiristanlıqlarda sanitar normaları pozanlar cərimələnəcək   

Aktual

26 Sentyabr 2018, 14:43

Azərbaycanda qəbiristanlıqların qorunması tələblərinin və dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarını pozanlara cərimə tətbiq olunacaq.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı  İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

 

Məcəlləyə əlavə edilən yeni – 516-1-ci (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinin 2-ci bəndinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

 

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin oktyabrın 1-i və 5-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!