Modern.az

Bakı Meriyası “Qarabağ  mitinqi”nə İCAZƏ VERDİ

Bakı Meriyası “Qarabağ  mitinqi”nə İCAZƏ VERDİ

Aktual

26 Sentyabr 2018, 16:16

Bakı şəhər İcra Hakimiyyəti bir qrup siyasi partiya və ictimai təşkilat nümayəndəsinin 29 sentyabrda “Qarabağ  mitinqi” keçirmək barədə müraciətinə müsbət cavab verib.

Modern.az saytının məlumatına görə, bu haqda mitinqin Təşkilat Komitəsinin üzvü, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib.

Təşkilatçılar əvvəldən bəyan ediblər ki, mitinq siyasi müxalifətin aksiyası deyil və hakimiyyətə münasibətlə əlaqədar siyasi şüarlar, tələblər qoyulmur və səsləndirilməyəcək.

“29 sentyabr “Qarabağ mitinqi” ideyası Azərbaycan ictimaiyyətinin ölkə daxilində, habelə xaricdə yaşayan ən geniş təbəqələri tərəfindən müdafiə olunur və mitinqdə iştirak edəcəkləri barədə minlərlə insanın çağrışları KİV- də, sosial şəbəkələrdə, əhali arsındakı canlı müzakirələrdə  səslənib”, - təşkilatçılar bəyan edibləar.

Beləliklə, Qarabağ Komitəsinin “Qarabağ mitinqi”nin keçirilməsi ilə bağlı müraciətinə bu gün saat 15.00 radələrində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavab verilib.

BŞİH-dən verilən cavabda göstərilir ki, mitinq 2018-ci il sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində,”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək.

         
“Hamını Qarabağ mitinqinə çağırırıq. Gəlin bir yerdə olaq, Qarabağımıza azadlıq tələb edək. “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ təcili azad edilməlidir!”, “Erməni murdarları torpaqlarımızdan dərhal rədd olub getməlidirlər!”- budur şüar və tələblərimiz”,-təşkilatçılar bildiriblər.                                                                                    

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?