Arxiv
30 Sentyabr 2018, 09:08 | MƏDƏNİYYƏT
Bir şəklin tarixçəsi - İki Şeyxülislam bir arada - Allahşükür Paşazadənin əvəz etdiyi QMİ sədri...

Sovet Azərbaycanı qırmızı bayraqların təntənəli keçidinə qərq olarkən ictimai həyatın uzaq küncünə sıxışdırılmış Qafqaz Müsəlmanları Ruhani İdarəsi ateist ölkənin vətəndaşları olan azərbaycanlılar arasında öz dayaqlarını mühafizə etməklə məşğul idi.

 

Ciddi nəzarət altında olan Şeyxülislamlıq postuna daha çox SSRİ-nin müsəlman ölkələri ilə münasibətlərdə vitrin kimi baxılırdı.

1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən, ölkədə cəmi 123 molla olub. Onlardan yalnız 16 nəfərinin dini təhsili vari idi. 

 

Modern.az saytının “Bir şəklin tarixçədi” rubrikasında  oxuculara maraqlı şəkil təqdim edirik. Fotoda Qafqaz Müsəlmanları Ruhani İdarəsinə 1978-80-ci illərdə rəhbərlik etmiş Şeyxülislam Mirqəzənfər İbrahimov və o vaxt onun müavini işləyən, Təzəpir məscinin axundu Allahşükür Paşazadə əks olunub.

Qafqaz müsəlmanlarının XI Şeyxülislamı olan Mirqəzənfər İbrahimov ali dini təhsil almayan yeganə şeyxülislamdır.

Şeyxülislam Mirqəzənfər İbrahimovun çox maraqlı həyat yolu olub.


Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olub. Gəncliyində daha çox dünyəvi elmlərə meyli ilə seçilən M.İbrahimov gənc yaşlarında bir müddət daxili işlər orqanlarında çalışıb. Daha sonra dünyəvi işlərdən uzaqlaşaraq, dini həyat tərzini seçib. Səkkizinci Şeyxülislam Əliağa Süleymanzadənin qəbuluna gələn M.İbrahimov onun yoxlamasından və imtahanlarından uğurla çıxaraq, bir müddət Quba məscidində axundluq edib. Sonralar isə Gəncə məscidinə axund göndərilib. 


Axund Mirqəzənfər İbrahimov daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin (İdarə o vaxt belə adlanırdı-red.) sədr müavini vəzifəsində çalışıb. Şeyxülislam Əliağa Süleymanzadənin vəfatından sonra 1976-ci ildə Zaqafqaziya müsəlmanlarının 2 il sədri olmayıb.

Yalnız 2 ildən sonra -1978-ildə çağırılmış Zaqafqaziya müsəlmanlarının 7-ci qurultayında Göyçay məscidinin axundu olan Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri – Şeyxülislam seçilim, Allahşükür Paşazadə isə sədr müavini təyin edilib.

 

Mirqəzənfər İbrahimov marksizim-leninizm  nəzəriyyəsinin İslamın mövqeyinə tamamilə uyğun gəldiyini iddia edir, SSRİ dövlətinin milli məsələ haqqında siyasətini İslam dininin “İslam təlimi qarşısında vahid olan beynəlxalq islamiyyət vardır, İslam bayrağı altında bütün millətlərin birliyi və qardaşlığı mövcuddur” prinsipi ilə eyniləşdirirdi.

 

Onun düşüncələrinə görə, yalnız İslam dini insanlar arasında milli mənsubiyyəti saxlamaqla milli firqələri inkar edir və bu xüsusda milli ədavətə son qoyur.

Şeyxülislam Axund Mirqəzənfər İbrahimov 1980-ci ildə vəfat edib və Bakı şəhərində dəfn edilib.

Həmin il Allahşükür Paşazadə Qafqaz Müsəlmanları Ruhani  İdarəsinin sədri seçilərək, Şeyxülislam rütbəsi alıb. 1980-ci ilə qədər qapalı və ictimai həyatdan uzaq olan Qafqaz Müsəlmanları Ruhani  İdarəsi Allahşükür Paşazadənin şeyxülislam seçilməsi ilə özünün aktiv dövrünə qədəm qoyub.



A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 27 May 2019, 09:39 Konqoda gəmi batdı - 30 nəfər öldü 27 May 2019, 09:09 Litvada yeni prezident seçildi - FOTO 27 May 2019, 09:07