Modern.az

Asiya İnkişaf Bankının missiyası Bakıya gəldi

Asiya İnkişaf Bankının missiyası Bakıya gəldi

17 Oktyabr 2011, 10:29

Asiya İnkişaf Bankının (AİB) Missiyası AİB-in özəl banklara ayırdığı kreditlərin qiymətləndirilməsi və yeni kreditlərin verilməsinin mümkünlüyünü araşdırmaq üçün Azərbaycana gəlib. Bankın  Azərbaycandakı daimi nümayəndəliyindən Modern.az-a bildirlib ki, missiya AİB-dən kredit almış özəl bankların nümayəndələri ilə görüşəcək və həmin bankların kreditləri necə idarə etdiklərini qiymətləndirəcək.
Missiya Azərbaycanda kiçik və orta sahibkarların və özəl sektorun dəstəklənməsi məsələsində kreditlərin nə dərəcədə effektiv olduğunu da dəyərləndirəcək. AİB-in Azərbaycanda özəl sektora kreditlər ayırmasını genişləndirmək üçün AİB-in ekspertləri Azərbaycanın bank sektorunu diqqətlə araşdıracaq.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono (Olly Norojono) bildirib: “AİB-in əsas məqsədi ekoloji cəhətdən davamlı, hərtəfli inkişafı və regional inteqrasiyanı stimullaşdırmaqla  yoxsulluğu azaltmaqdır. Biz özəl sektoru Asiyada dəyişiklikləri həyata keçirəcək əsas  qüvvə kimi görürük. Ona görə Azərbaycan da daxil olmaqla özəl sektorun inkişafdakı rolunu artırmaq üçün bank sektorunun gücləndirilməsi olduqca vacibdir. Biz məhz burda effektiv şəkildə öz töhfələrimizi verə bilərik”.

Missiya öz işini oktyabrın 22-də başa vuracaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!