Modern.az

Səfər Əbiyev xaricə gedib? - AÇIQLAMA  

Səfər Əbiyev xaricə gedib? - AÇIQLAMA  

3 Oktyabr 2018, 11:32

Sosial şəbəkələrdə eks-müdafiə naziri Səfər Əbiyevin səhhətində problem yarandığı və onun məhz bu səbəbdən müalicə üçün xarici ölkələrin birinə getdiyi bildirilib.

Eks-nazirin dostları Modern.az-a bildiriblər ki, Səfər Əbiyevin səhhətində problemlərin yaranması ilə bağlı yayılan məlumatlar əsassızdır.

Bildirilib ki, eks-nazir hazırda Bakı şəhərində yaşayır.

“Onun səhhətində heç bir problem yoxdur. Səfər müəllim hazırda evində istirahət edir”.


General-polkovnik Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.

1995-ci il fevralın 5-dən 2013-cü il oktyabrın 22-dək Azərbaycan Respublikasının müdafiə naziri postunu tutub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı