Arxiv
3 Oktyabr 2018, 12:32 |
ADU Belqradda beynəlxalq elmi konfrans keçirib
ADU Belqradda beynəlxalq elmi konfrans keçirib

Belqrad Dövlət Universitetinin filologiya fakültəsində MELİSSA – İpək Yolu Üzərində Kitabxanalar (MELİSSA – LİBRARİES ALONG THE SİLK ROAD) adlı beynəlxalq elmi konfrans keçirilib.

Modern.az xəbər verir ki, sözügedən konfransın açılış mərasimi Azərbaycan Dillər Universitetinin təşəbbüsü və Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Serbiyanın Belqrad Universitetinin filologiya fakültəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində baş tutub. Azərbaycan Dillər Universitetinin də təşkilatçılarından biri olduğu olan konfransda İran, Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, ABŞ, Çernoqoriya, İtaliya, Azərbaycan və digər ölkələrdən bir çox alim və elm adamı iştirak edib.

Konfransın açılışında akademik M.Vuksanoviç, universitet kitabxanasının direktoru professor A.Yerkov, Belqrad şəhər kitabxanasının direktoru Y.Ninkov və filologiya fakültəsinin dekanı L.Markoviç çıxış edib. Konfransda xüsusi qonaq qismində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın video-link vasitəsilə yayımlanmış çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. K.Abdulla konfransın nəinki iqtisadi sahədə, həmçinin mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından vacibliyini vurğulamış və gələcəkdə bu konfransın İpək Yolu üzərində yerləşən digər dövlətlər və universitetlərdə keçirilməsi arzusunda olduğunu bildirib.

Tədbir çərçivəsində “Dövlətlərin mədəniyyət siyasəti və kitab mədəniyyəti”, “Rəqəmsal humanizm kontekstində transkulturalizm”, “Yeni semantik qətnamə üçün cəmiyyət, kommunikasiya və inkişaf”, “Kitabxana transkulturalizmin güzgüsü”, “İpək Yolu mədəniyyətində Azərbaycan və Serbiyanın perspektivləri” və digər mövzularda müzakirələr aparılıb.

Konfransın açılış mərasimində, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda Novi Sad Universitetinin professoru Zərifə Əlizadə, mərkəzin əməkdaşı Samirə Ağayeva və Azərbaycanın Serbiyadakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Elnur Məmmədli təltif olundu - SƏRƏNCAM 14:28, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Jurnlistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün “Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ 12:52, Bu gün Rusiyada əcnəbilərin hərbi xidmətə götürülməsi üçün məntəqələr açıldı 12:48, Bu gün Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI 12:44, Bu gün Ombudsmandan hərbçilərin videosu ilə bağlı ÇAĞIRIŞ 12:40, Bu gün Maqnit qasırğası davam edəcək 12:36, Bu gün Keçmiş naminə gələcəyi qurban vermək... 12:32, Bu gün Şəhid Elmin Mirzəyevin xatirəsi anılıb - FOTOLAR 12:28, Bu gün "Azercell" Azərbaycanda ilk dəfə yeni rəqəmsal tarif təqdim edib 12:24, Bu gün Tehranda ara qarışdı, dərslər dayandırıldı 12:20, Bu gün “Sakura və Xarıbülbül” - Azərbaycanlı jurnalistin məqaləsi yapon mətbuatında... 12:16, Bu gün Instagram hesabını qorumağın yolları 12:12, Bu gün Vətən müharibəsində azad edilən ilk şəhərimiz 12:08, Bu gün Ərdoğan Azərbaycana GƏLƏCƏK 12:04, Bu gün Prezident Arkadi Dvorkoviçi qəbul edib 12:00, Bu gün Avropa İttifaqı İrana qarşı yeni sanksiyalara hazırlaşır 11:56, Bu gün