Modern.az

Türkiyə itkin düşmüş jurnalistə görə axtarışlara başlayır

Türkiyə itkin düşmüş jurnalistə görə axtarışlara başlayır

Dünya

8 Oktyabr 2018, 15:34

Səudiyyə Ərəbistanının Türkiyədəki səfiri Valid bin Abdulkərim əl Hireyci bu ölkənin Xarici İşlər nazirliyinə çağırılıb.

 

Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Ankara konsulluğun ərazisində axtarış üçün sorğu göndərib.

Bütün bunlara isə “The Washington Post” nəşrinin müxbiri jurnalist Camal Xaşoccinin yoxa çıxması səbəb olub.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı əleyhinə tənqidi yazılar yazan jurnalist Camal Xaşocci oktyabrın 2-də sənədləri götürmək üçün konsulluğa çağırılıb. Konsulluğun binasına girən jurnalistdən bir daha xəbər alınmayıb.

 

Qeyd edək ki, jurnalistin ondan xəbər alınmayacağı təqdirdə konsulluğa onunla birgə gəlmiş nişanlısına xahiş etdiyi Türk-Ərəb jurnalistləri birliyinin rəhbəri Turan Kışlakcı onun öldürüldüyünü iddia edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar