Modern.az

Sarkozinin şikayət ərizəsi rədd edildi

Sarkozinin şikayət ərizəsi rədd edildi

8 Oktyabr 2018, 17:44

Apellasiya məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin şikayət ərizəsini rədd edib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Sarkozi ona qarşı aparılan təhqiqatın gedişinə mane olmaq və təzyiqlər göstərmək barədə ittihamın məhkəməyə daşınmaması üçün ərizə verib.

Fransanın keçmiş prezidenti rüşvətxorluqda və xidməti sirləri pozmaqda ittiham olunur.

 

Analoji olaraq bu cür ittihamlar onun vəkili Terri Erzoq və hazırda təqaüddə olan Kasasiya məhkəməsinin keçmiş baş prokuroru Jilber Aziber haqda da irəli sürülüb.

Təhqiqatçılar onun Erzoqun yardımı ilə Aziberdən gizli xidməti sirləri əldə etməyə çalışdığını düşünür.

 

Onların fikrincə Sarkozi qanunsuz maliyyələşmə işi ilə bağlı həbs qoyulmuş 2007-ci ilə aid qeydlərini ələ keçirməyə çalışıb.

 

Bu qeydlərdə onun seçki kompaniyasnın Fransanın məşhur kosmetika şirkəti Lorealın rəhbəri Lilian Betankur tərəfindən maliyyələşdirilməsi ilə bağlı faktlar var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi