Arxiv
11 Oktyabr 2018, 13:24 | ÖLKƏ
Kişi mollalara maşın verildi, bəs qadınlara? - Dini Komitə “səs-küylü məsələ”yə AYDINLIQ GƏTİRDİ

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim olunub.

Həmçinin, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Maraqlıdır ki, ölkədə qadın mollalar olsa da, avtomobillərin hədiyyə edilməsi prosesində onların adına rast gəlmədik.

Bu nə ilə bağlıdır?

Gələcəkdə bu siyahıya qadın mollalar da daxil edilə bilərmi?

Həmçinin, mollalara  maşın verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Niyə məhz mollalar? Məsələ ictimaiyyət arasında və sosial şəbəkələrdə “səs-küy” doğurub.

 

Bu və ya digər suallarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Arana müraciət etdik. O, Modern.az-a açıqlamasında deyib ki, rəsmi qadın mollaların sayı çox azdır.


“Yəqin ki,  gələcəkdə qadın mollalara da belə hallar şamil  olunar. Amma deyim ki, Azərbaycanda  99,9% din adamları kişilərdir. Rəsmi qadın mollaların sayı barmaqla sayılacaq qədərdir. Kimlərsə mollalıq edə bilər. Ancaq onların rəsmi statusu yoxdur. Özbaşına gedib mollalıq edirlər”.

Komitə rəsmisi qadın mollaların rəsmi ad almamasına da aydınlıq gətirib:

“Qadın mollalar var ki, onlar məsciddə azlıq təşkil edir. Bir çox məscidlərdə isə qadın molla yoxdur. Olmayan bir şeyə necə ad qoyaq?! Bəlkə də gələcəkdə qadın mollaların sayı arta bilər. O zaman onlara uyğun ad fikirləşmək olar. Hazırda adları elə “qadın molla” olaraq gedir. Tarixdən üzü bu yana molla ancaq kişilər olub. Qadınlar azlıq təşkil edib. Məsələn, Azərbaycanda dini icma sədri olan bir ya da iki nəfər qadının adını çəkmək olar. Üçüncüsünü isə xatırlamıram. Onlardan biri də Ağcabədidədir”.


Səyyad Aran qadınların ali dini təhsil alması məsələsindən də danışıb:

“Məclislərdə mollalıq edən qadınlar bunu özfəaliyyət səviyyəsində öyrəniblər, kurs keçməyiblər. Doğrudur, Azərbaycanda vaxtilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən  Bakı İslam Universitetində qızlar da təhsil alırdı. Amma onların əksəriyyəti ya ailə həyatı qurub, ya da ixtisaslarını dəyişərək molla olmaqdan  imtina ediblər. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində oranı bitirib çalışan qadınlar var. Amma onlar sırf qadın məclisi aparan molla deyillər. Onlar təhsilli din xadimləridir.

Əgər həmin təhsilli qadınlar məsciddə rəhbər vəzifədə çalışsalar, onlar da kişi din xadimlərinə verilən imtiyazlardan yararlana bilərlər. Sadəcə, sərbəst fəaliyyət göstərən molla qadınların heç bir qeydiyyatı yoxdur. Bunun üçün qadın mollalar imtahan verməlidirlər. Əgər qadın molla imtahan verib keçərsə, onu rəsmi qaydada hər hansı məscidə vəzifəyə çəkmək olar. Yoxsa ki, kənardan gəlib “mən də molla qadınam. Mənə də maşın verilsin” deyilə bilməz. Təcrübədə belə hal yoxdur. Əgər hansısa molla qadının ürəyindən məsciddə rəsmi vəzifə daşımaq keçirsə, imtahan verməlidir”.

Komitə sədrinin I müavini nə üçün mollalara maşın verildiyini də açıqlayıb:

“Maşın alan mollalar nüfuzlu din xadimləridir. Bunu Mənəvi Dəyərlərin Təbliği  Fondu vasitəsilə həyata keçirdik. Biz hər mollaya maşın vermirik. Biz xalq içində böyük nüfuzu olan din xadiminə maşın veririk”.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
101 yaşın mübarək, Azərbaycan Respublikası! 27 May 2019, 15:16 “Azərbaycan dili” fənnindən qəbul imtahanının nəticələri AÇIQLANDI 27 May 2019, 15:13 Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda  27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11