Arxiv
12 Oktyabr 2018, 08:24 | ÖLKƏ
Zamirə Hacıyevanın Londondakı sərvəti Azərbaycana qaytarıla bilər - QALMAQAL  

“The Telegraph” qəzetinin yazdığına görə Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyinin rəhbəri etiraf edib ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin dəbdəbəli Harrods ticarət mərkəzində sağa-sola pul xərcləyən arvadından müsadirə olunan sərvət Azərbaycan dövlətinə verilə bilər.

Modern.az saytı “Azadlıq” radiosuna istinadən xəbər verir ki, Agentliyin iqtisadi cinayətlər üzrə direktoru Donald Toonun sözlərinə görə, Ali Məhkəmə Zamirə Hacıyevanın maliyyə fırıldağına əl atdığını isbata yetirərsə, ondan müsadirə olunan sərvət Azərbaycana qaytarıla bilər.

Cənab Toon izah edib ki, məhz buna görə Britaniyanın “İzahedilməz Sərvətə dair Qanunu”nun ilk dəfə tətbiq edilməsi müsadirə olunmuş vəsaitin “siyasi və beynəlxalq” məsələyə çevrilməsi ilə nəticələnə bilər.

“The Telegraph”  yazır ki, hazırda 55 yaşlı xanım Hacıyevanın “əri tərəfindən oğurlanmış vəsaitlərlə özünə dəbdəbəli həyat qurduğuna dair” iddialar araşdırılır.

Məqalədə deyilir ki, Azərbaycan vətəndaşı Hacıyeva Londonun bahalı Knightsbridge rayonunda yaşadığı on il ərzində təkcə Harrods mağazasında 21 milyon funt sterlinq (27 milyon dollar) pul xərcləyib.

Onun beş yataq otağı olan evinin qiyməti 15 milyon funt strelinqdir (19 milyon dollar) və o,  həmçinin Askotdakı Mill Ride qolf klubunu 10, 5 milyon funt sterlinqə alıb.

“The Telegraph” xatırladır ki, Zamirə Hacıyevanın əri, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev rəhbərlik etdiyi bankda 2, 2 milyard funt sterlinqlik (2, 9 milyard dollar) fırıldaqda ittiham edildikdən sonra 2016-cı ildə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Britaniya Cinayətkarlığa qarşı Mübarizə Agentliyi iddia edir ki, xanım Hacıyeva Birləşmiş Krallıqda daşınmaz əmlak almaq üçün fırıldaq yolu ilə əldə olunmuş vəsaitlərdən istifadə edib.

Hakim Supperstone Zamirə Hacıyevadan istifadə etdiyi sərvəti necə əldə etdiyi barədə izahat verməsini tələb edib.

Lakin Haciyevanın vəkilləri iddia edirlər ki, sözügedən qanun onların müştərisinə tətbiq oluna bilməz, çünki o “legitim biznesmenin arvadıdır”.

“BBC Radio 4” kanalına müsahibə verən cənab Toon deyib ki, onun rəhbərlik etdiyi agentlik məhkəməni udarsa, Hacıyevanın bir sıra əmlakı müsadirə oluna bilər.

Bu sərvətin kimə veriləcəyi barədə sualı cavablandırarkən cənab Toon bildirib ki, bu artıq siyasi və beynəlxalq məsələyə çevriləcək:

“Bundan sonra sözügedən əmlakın dəyəri Birləşmiş Krallıq hökumətinin ixtiyarına veriləcək və bunun ardınca Britaniya və pulun mənbəyi olan ölkə arasında qaytarılacaq məbləğ barəsində birbaşa danışıqlar gedəcək”.

“The Telegraph” yazır ki, Cahangir Hacıyev Azərbaycan dövlətinə məxsus bankda işləyib və buna görə də həmin ölkənin hökuməti müsadirə olunan pulun ona qaytarılmasını tələb edə bilər.

Cənab Toon bunu da bildirib ki, onun agentliyi “İzaholunmaz Sərvət Qanunu” əsasında Afrika, Cənubi Asiya və keçmiş Sovet İttifaqınfan olan daha 8 nəfərə qarşı məhkəmə iddiası qaldırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09 “Nar” şəbəkəsi Avropa Liqasının final oyununa hazırdır 27 May 2019, 12:07 Fransada millətçilər seçkilərdə qalib gəldilər 27 May 2019, 12:00 Əli Əhmədovdan Əli İnsanova daha bir CAVAB: “Elə bilir ki, hamı xəyanətkardır 27 May 2019, 11:49 Zelenski deputatları ittiham edib 27 May 2019, 11:47 Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilir 27 May 2019, 11:44 Ölkədəki faktiki hava şəraiti açıqlandı 27 May 2019, 11:40 Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb” 27 May 2019, 11:25 Bakının enerji etibarlığı artırıldı 27 May 2019, 11:23 Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir 27 May 2019, 11:21 DOST xidmətlərindən 3 mindən çox  vətəndaş faydalanıb 27 May 2019, 11:18 DİM qapalı və açıq tipli tapşırıqlar üzrə maksimal balın hesablanması qaydasını açıqladı 27 May 2019, 11:11 İyunun 2-də buraxılış imtahanları keçiriləcək 27 May 2019, 11:09 Britaniya səfiri: “Bakıda Avropa Liqasının finalına ciddi hazırlıq işləri aparılıb” 27 May 2019, 10:59 Çağdaş və qədim Özbəkistanda 10 gün - REPORTAJ 27 May 2019, 10:53 Yevlaxda qadının boğazını kəsib öldürən şəxs tutuldu 27 May 2019, 10:52 Səninlə fəxr edirik, Azərbaycan əsgəri! 27 May 2019, 10:47 Gəncədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar verildi 27 May 2019, 10:44 Bakıda ekstremal dərəcədə az çəki ilə doğulan körpə həyata qaytarılıb 27 May 2019, 10:36 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTOLAR 27 May 2019, 10:19 Məmmədyarov: "Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir" 27 May 2019, 10:12 “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir 27 May 2019, 10:11 Tramp İranla danışıqlar üçün şərt irəli sürdü 27 May 2019, 10:06 “Çin dili körpüsü” müsabiqəsinin seçim turu keçirildi   27 May 2019, 10:04 BirBank-ı artıq meqabaytsız da istifadə etmək olar   27 May 2019, 10:02 Ermənistanda “Cin şüşədən çıxdı” - Paşinyan onu geri qaytara bilməyəcək 27 May 2019, 09:53 Ermənilər cəbhədə təxribatlara davam edir 27 May 2019, 09:39 Konqoda gəmi batdı - 30 nəfər öldü 27 May 2019, 09:09 Litvada yeni prezident seçildi - FOTO 27 May 2019, 09:07