Modern.az

Tanrıya qarşı məhkəmə işləri - Qəribə İTTİHAMLAR

Tanrıya qarşı məhkəmə işləri - Qəribə İTTİHAMLAR

Mədəni̇yyət

12 Oktyabr 2018, 09:51

Məhkəmələr əsasən insanların həqiqətə və ədalətə çatmağı üçün yaradılıb. Bu orqanlar əsasən insanların mühakimə və əvvəlcədən tarixin sınaqlarından keçmiş qanunlar yolu ilə həqiqəti sübut etmə səylərinə çox yardımçı olub.

Tarixdə qəribə məhkəmə iddiaları da olub. Bu iddialar arasında isə ən əcaibi Tanrının məhkəməyə verilməsidir.

 

Bu cür şikayətlər hakimlər və vəkillər tərəfindən gülünc hesab edilib. Lakin rədd etmək üçün kifayət qədər əsas olmadığından, bəzi hallarda bu cür şikayətlərə baxmalı olublar.

 

Modern.az saytı indiyə kimi Tanrı barədə məhkəməyə şikayət ərizəsi verilən hadisələri araşdırıb.


Qeyd etmək lazımdır ki, bu cür şikayətlər qarşı tərəfin təmsil olunması baxımından əsassız görünür. Bununla belə onlar müxtəlif mövzu və insanları əhatə etməsi baxımından ciddi maraq doğurur.

 

İsraildə adı çəkilməyən şəxs Tanrını əsasən də son zamanlarda ona qarşı ədalətsiz davranmaqda ittiham edərək, məhkəməyə verib.

İsrail nəşrlərinin verdiyi məlumata görə, Yaradan “qarşı tərəf” olaraq məhkəməyə "gəlməyib". 

İttihamçı tərəfin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun şikayətinə laqeyd yanaşıblar, bununla belə o, məhkəmədən Tanrının 3 il müddətində ona yaxınlaşmasına qadağa qoyulmasını tələb edib. Şikayətçi tərəf ona qarşı ədalətsizliyin təfərrüatlarını açmaqdan imtina edib.

 

Rumıniyada həbs cəzası çəkən məhkum Tanrını onu şeytandan qorumadığına görə məhkəməyə şikayət ünvanlayıb.  20 illik həbs cəzasına məhkum edilmiş şəxs xaç suyuna çəkildiyi zaman Yaradandan onu İblisdən qoruyacağı ilə bağlı təminat aldığına inanır. Rumıniyanın Timisoara şəhərində məhkəməyə ünvanlanmış şikayət ərizəsində Tanrıya qarşı fırıldaqçılıq və səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işinin açılması tələb olunub. Şikayət məktubunda qarşı tərəf “ünvanı göylər olan və Rumıniya Provoslav kilsəsi tərəfindən təqdim olunan Tanrı” kimi göstərilib.

 

Belə əcaib şikayətlərdən biri də Rusiyanın Omsk şəhərində rəssam Vasili Melniçenko tərəfindən Rusiya  Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə ünvanlanıb. 

 

Melniçenkonun sosial şəbəkələrdə yayımladığı şikayət ərizəsi öz əsaslılığı ilə daha çox diqqət çəkib. Ərizədə 1988-ci ildə Rusiya Pravoslav Kilsəsinin Moskva patriarxında xaç suyuna çəkilməyi qərara alan rəssam bunun üçün 10 sovet rublu ödədiyini bildirib. Onun sözlərinə görə, bundan sonra kilsə tərəfindən ona və yaxınlarına “Allahın mərhəməti, gözətçi mələklərin köməyi və müqəddəslərin duaları” söz verilib.

 

“Mən onların sözlərinə inandım və 15 il davamlı olaraq kilsə tədbirlərini ziyarət etdim. Mən dini ayinlər sifariş edir, qablar, kitablar və bəxşişlər verirdim. İl ərzində mən kilsəyə təxminən 400 dollar verirdim, amma mərhəmət baş vermədi. Bu dövrdə başıma gələn xəstəlik və talesizlikləri qələmə almaq üçün isə bir əsər yazmaq lazım gələr” – Melniçenko bildirib.

O qeyd edib ki, bu müddətdə əsas şikayəti zamanın tələbinə cavab verməyən bədəni ilə bağlıdır.

 

Bir müddət sonra isə ağıllandığını bildirən Melniçenko kilsə mühitindən ayrıldığını qeyd edir. Daha sonra isə İstintaq Komitəsinə müraciət edərək, bu orqanın “ölkədə ilahiyyat və cinayət mövzusunda əsas qurum” olduğunu diqqətə çatdıraraq, aşağıdakıları tələb edib.

 

“Sizdən Tanrının varlığını araşdırmağı xahiş edirəm. Bu varlığın olmadığı təsdiq olunarsa, Provaslav Kilsəsinin rəhbərliyini fırıldaqçılıq hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb etməyinizi xahiş edirəm. Əgər Tanrının varlığı qurumunuz tərəfindən təsdiq olunarsa, o zaman Rus Provaslav Kilsəsinin Yaradanın Rusiyada təmsilçisi kimi qanuniliyi araşdırılsın. Sizin bu cür vacib, bəlkə də ölkə tarixinin ən böyük fırıldaqçılığı mövzusundakı vətəndaş öhdəliyiniz və təcrübənizə güvənirəm” – Melninçenko yazıb.

 

ABŞ-da Tanrı 2007-ci ildə Nebraska ştatının senatoru Erni Çembers tərəfindən məhkəməyə çağırılıb. Çembers Yaradanı insanlara qarşı zalımcasına davranmaqda və onların üzərinə xəstəlik, fəlakətlər göndərməkdə ittiham edib.

Ünvan göstərilməyərək məhkəməyə rahiblərin sözü ilə desək, müəmmalı şəkildə iki məktub gəlib. Bu məktubların birində “Tanrı” məhkəmə səlahiyyətlərindən kənarda olduğunu əsaslandırıb və insanlara seçim azadlığı verdiyini ifadə edib.

 

Yuxarıda göstərilən hadisələrdə Tanrı məhkəməyə gəlməyi lütf etməsə də, Moskva ətrafında yaratdığı sektada özünü “Tanrı Kuzi” kimi tanıdan Andrey Popov məhkəmə tərəfindən 5 il iş alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir