Modern.az

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı

Tramp Dövlət katibini təcili Səudiyyə Ərəbistanına yolladı

15 Oktyabr 2018, 17:32

ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeoya dərhal Səudiyyə Ərəbistanı krallığına getməyi tapşırıb.

 

Modern.az xəbər verir ki, ABŞ prezidenti bu barədə öz “Twitter” hesabında yazıb.

Jurnalist Camal Kaşıkçının itməsi barədə heç bir məlumata sahib olmadığını iddia edən Ağ Ev rəhbəri, Pompeonu Ər-Riyada kralla görüşə göndərir.

 

“Mən dövlət katibimiz Mayk Pompeonu dərhal kralla görüşə göndərirəm” – Tramp yazıb.

Qeyd edək ki, jurnalistin itməsi və nəticədə öldürülməsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz Əl Səud sıx əlaqədədirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir