Modern.az

Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki...”  

Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki...”   

Qarabağ

19 Oktyabr 2018, 08:43

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan cəbhəsindəki vəziyyətlə bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, hazırda cəbhədə vəziyyət sakitdir və bu, müəyyən qədər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə razılaşmalarla bağlıdır.

 

O təsdiq edib ki, Azərbaycan hakimiyyəti ilə əməliyyat rabitəsi qurulub. "Azərbaycan tərəfi ilə razılığa gəlinərək, etibarlı, operativ əlaqə qurulub. Demək olar ki, cəbhədən hər bir məlumat - əgər onların tərəfindən olarsa - yarım saat ərzində Azərbaycan prezidentinin diqqətinə çatdırılacaq, bizim tərəfimizdən olarsa, mənə də həmin müddət ərzində çatacaq", - deyə Paşinyan bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!