Modern.az

Ağ Ev Putinin adamını sanksiya siyahısından çıxardı

Ağ Ev Putinin adamını sanksiya siyahısından çıxardı

Dünya

19 Oktyabr 2018, 16:14

ABŞ “Roskosmos”un rəhbəri Dmitri Roqozini müvəqqəti olaraq sanksiya siyahısından çıxarıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu addım Roqozinin NASA rəhbərliyi ilə görüş üçün Vaşinqtona gəlməsi ilə bağlıdır.

 

NASA rəhbəri Cim Braydenstayn Ağ Evin bu addımı atmasını məntiqli sayıb və səfərdən sonra onun yenidən ABŞ-a gəlməsinə qadağanın qoyulacağını əlavə edib.

Xatırladaq ki, Dmitri Roqozin 2014-cü ildə Ukraynadakı hərbi münaqişədən sonra ABŞ-ın sanksiya siyahısına düşüb.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır