Arxiv
24 Oktyabr 2011, 13:39 | MÜSAHİBƏ
Bahar Muradova: "Bizə yaxınlaşıb deyirdilər ki, "fikirlərimiz alt-üst oldu, əsil həqiqəti bildik""

Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova hakim partiyanın saytına müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir.

- Bahar xanım, ATƏT Parlament Assambleyasının payız sessiyasında Dağlıqrabağ münaqişəsi ilə bağlı müzakirələrin keçirilməsi Azərbaycan cəmiyyətində, eləcə də, ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Sizcə, problem barədə Avropa parlamentarilərinə düzgün və ətraflı məlumatların çatdırılması baxımından bu müzakirələrin əhəmiyyəti və effekti necə oldu?

- Təbii ki, ATƏT Parlament Assasmbleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən müzakirələr müsbət dəyərləndirilməlidir. Əvvəlcədən Azərbaycan tərəfinin mövqeyi ondan ibarət idi ki, ATƏT PA-nın üzvləri bu regiondakı münaqişələrdən ən kəskini olan Dağlıq Qarabağ problemi haqqında ilkin mənbədən etibarlı məlumat almaq hüququna malikdirlər. ATƏT-in mötəbər bir institutu kimi Parlament Assambleyası bu məsələdən kənarda qala bilməzdi. Bu prosesdə yaxından iştirak etmək, həmsədrlərin fəaliyyətinə dəstək vermək, tövsiyə xarakterli sənədin qəbul edilməsi üçün bu qurumun üzvləri məsələnin mahiyyətindən xəbərdar olmalı idilər. Çünki indiyə qədər heç vaxt ATƏT PA, eləcə də, digər beynəlxalq təşkilatlar bu formatda Dağlıq Qarabağ münaqişəsinin müzakirəsini keçirməyib. Həmsədrlərin iştirakı ilə keçirilən bu müzakirə münaqişənin tarixi, keçilən yol, ATƏT-in bu günə qədərki vasitəçiliyi, həmsədrlərin təklif etdiyi variantlar, tərəflərin mövqeyi və həll variantlarına münasibəti, münaqişənin bugünkü vəziyyəti və perspektivi haqqında kifayət qədər müfəssəl və aydın mövqelər sərgiləndi. Bu baxımdan, həmin müzakirələr həddindən artıq əhəmiyyətli müzakirə idi və nəticələri də çox müsbət oldu. 56 ölkənin nümayəndələri üç saat ərzində bu problem barədə heç bir şübhə doğurmayan, hər kəs tərəfindən qəbul olunan məlumatları aldılar. Dünənə qədər Qarabağ torpağının ermənilərin olduğunu düşünən insanlar müzakirələrdən sonra bizə yaxınlaşıb deyirdilər ki, «biz Qarabağı ermənilərin torpağı bilirdik, amma indi bu fikirlərimiz alt-üst oldu, əsil həqiqəti bildik».
Digər tərəfdən, beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrin nümayəndələrinin toplaşdığı və diskussiya apardığı klub deyil. Ölkələr bu təşkilata müəyyən məqsədlər üçün üzv olurlar, təşkilatın nizamnaməsini qəbul edirlər, onun şərtləri daxilində fəaliyyət göstərmək öhdəliyi götürürlər. Eləcə də, həmin təşkilatlarda maraqlarında olan məsələlərin müzakirəsini, bu məsələlərə obyektiv münasibətin ortaya qoyulmasını gözləyirlər. Bu nöqteyi-nəzərdən beynəlxalq təşkilatlarda keçirilən bu kimi müzakirələr kifayət qədər əhəmiyyətlidir.
ATƏT PA Dağlıq Qarabağ məsələsini bu şəkildə müzakirə etməyib nəyi müzakirə etməlidir ki? ATƏT adından göründüyü kimi təhlükəsizlik və əməkdaşlıq məsələlərini özündə ehtiva edir. Bu cür münaqişələrin ATƏT regionunda mövcudluğu bütövlükdə, bu təşkilatın fəaliyyətinə aid məsələdir. Ona görə də, bu münaqişə təşkilatda müzakirə edilməlidir. Bunun üçün də onlarda məlumat olmalıdır. ATƏT-də Qarabağla bağlı keçirilən müzakirələrin əsas xüsusiyyəti bundan ibarətdir ki, məlumatlandırma funksiyasını yerinə yetirdi. Uzun illərdir apardığımız təbliğat diplomatik nümayəndəliklərimizin, Parlament Assambleyalarındakı bizim nümayəndə heyətlərimizin fəaliyyəti bu səmtə yönəlsə də, bu dərəcədə tez və effektli təsiri gözə dəymirdi. Bu mənada ki, məruzə edənlər, hesabat verənlər nə Azərbaycanın, nə də Ermənistanın nümayəndələri deyildi. Onlar məsələ ilə məşğul olan təşkilatın nümayəndələridir və açıq şəkildə söylədilər ki, işğalçı tərəf hansıdır və hansı ölkə təcavüzə məruz qalıb.

- Səhv etmiriksə, həmsədrlər birinci dəfədir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını açıq şəkildə səsləndirdilər...

- Azərbaycan torpaqlarının işğal altında olduğu müvafiq beynəlxalq sənədlərdə özünü göstərir. Amma Azərbaycan torpaqlarının Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunması faktı həmsədrlərin dilindən geniş auditoriya qarşısında səslənməmişdi. Onsuz da hər kəs qəbul olunan sənədləri götürüb sona qədər oxumur ki. Eləcə də, həmsədrlərin hansısa görüşlərindən sonra bir bəyanat verilirdi, bu bəyanatda da örtülü məqamlar, diplomatik ifadələr işlədilirdi və aydın olmurdu ki, söhbət nədən gedir. ATƏT PA-dakı müzakirələrdə isə Fransanın nümayəndəsi Bernar Fasye münaqişənin tarixi haqda ətraflı danışdısa, Robert Bratke Madrid prinsipləri barədə geniş məlumat verdi. Yəni artıq aydın şəkildə mövqe ortadadır. Eləcə də, baş vermiş insidentlər haqqında dəqiq məlumatlar səsləndirildi. Hansı ki, indiyə qədər bu barədə müxtəlif fikirlər deyilirdi. Bu nöqteyi-nəzərdən mən bu müzakirələri kifayət qədər əhəmiyyətli hesab edirəm. Bu müzakirələr nəticəsində həm geniş məlumatlandırma oldu, eyni zamanda Assambleya çərçivəsində fəaliyyət göstərən deputatların münaqişəyə münasibət bildirməsi üçün imkan yarandı. Onlar bu münaqişənin hansı prinsiplər əsasında həll olunmasının vacibliyi haqqında mövqelərini ifadə etdilər. Müzakirələrdəki çıxışlar obyektiv mövqedən idi, real vəziyyətə olan münasibət idi.

- Digər beynəlxalq təşkilatlarda da bu tipli müzakirələrin keçirilməsi nə dərəcədə realdır?

- Hesab edirəm ki, bu cür müzakirələr digər beynəlxalq təşkilatlarda da keçirilməlidir. Niyə Avropa Şurası Parlament Assambleyasında həmsədrlər məlumat verməsinlər? ATƏT-in tədbirlərində AŞ-nın, NATO-nun nümayəndələri ekspert qismində çıxış edirlər. Həmsədrlər də bu qaydada həmin təşkilatlarda hesabat verə bilərlər. Təbii ki, bu münaqişənin həlli ilə bağlı vasitəçilik ATƏT-in üzərindədir. Və qəbul olunan qərarlar ATƏT və BMT ilə birlikdə icra olunmalıdır. Digər beynəlxalq təşkilatların qərarları isə tövsiyə xarakteri daşıyır. Amma bu qərarların qəbulu üçün də onlar məsələnin mahiyyətini bilməlidirlər. Ona görə də, bu cür dinləmələr kifayət qədər əhəmiyyətlidir. Hesab edirəm ki, Azərbaycan tərəfi bu təşəbbüsü qaldırmaqda və onun keçirilməsi işinin təşkil edilməsində səhv etmədi.

- Bahar xanım, məlum olduğu kimi həmsədrlər danışıqlar prosesində məsuliyyəti tərəflərin üzərinə qoyur və bildirirlər ki, tərəflərin özləri razılığa gəlməlidirlər. Amma bu da faktdır ki, işğalçı Ermənistan bu prinsip əsasında razılığa gəlməsi real görünmür. Necə hesab edirsiniz, bu məsələdə beynəlxalq hüquq normalarının tətbiqi üçün hansı addımlar atılmalıdır?

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin konkret mandatı var və həmin mandat çərçivəsində fəaliyyət göstərirlər. Onların mandatına daxildir ki, tərəfləri danışıqlar masasına gətirsinlər. Həmsədrlər münaqişənin həlli ilə bağlı tərəflərə təkliflər irəli sürürlər. Son nəticədə isə tərəflər qərar qəbul etməlidir. Çünki müstəqil ölkənin yerinə hansısa ölkələrin nümayəndəsi qərar verə bilməz. Onlar ən azı BMT çərçivəsində qərarların qəbuluna şərait yarada bilən fəaliyyət göstərirlər. Amma həmsədrlər bu fəaliyyəti daha çevik edə bilərlər, işğalçı tərəfə qeyri-konstruktiv mövqedən əl çəkməsi üçün təzyiqlər göstərə və sülhə vadar etmək yollarını arayıb tapa bilərlər. Yəni həmsədrlər tərəflərin mövqelərini bərabərləşdişdirmək, bərabər müstəvidə götürməkdən imtina edə bilərlər. Əgər adekvat münasibət işğalçı tərəfə göstərilsə və çəkinmədən, diplomatik qaydaları gözləmədən, «Ermənistan danışıqlardan çıxar, biz onun ünvanına hansısa fikir səsləndirməyək» qorxusu keçirmədən münasibətlərini ortaya qoysalar Ermənistan bununla hesablaşa bilər. Amma həmsədrlər bunu etmirlər. Əgər bizim haqqımızda yaxşı söz deyirlərsə, Ermənistan tərəfi haqqında ən azı neytral danışırlar. Və yaxud onların məntiqincə, Ermənistanı tənqid edə biləcək məqam varsa, Azərbaycan tərəfi də mütləq tənqid olunmalıdır. Yəni bərabər olmayan vəziyyətə bərabər münasibət göstərmək burada ciddi problemdir.
Amma ATƏT PA-dakı müzakirələr Ermənistanın təcavüzkar olduğunu ortaya çıxardı. Ona görə də, Ermənistan belə müzakirələrin keçirilməsinin əleyhinədir, hər dəfə onu əngəlləməyə çalışır. Arqument də bundan ibarətdir ki, məsələyə cavabdeh ATƏT-in Minsk qrupudur. Elə Minsk qrupunun həmsədrlərinin olduğu yerdə də Ermənistanın haqsız olduğu üzə çıxdı. Ona görə də, belə müzakirələrin keçirilməsinə ardıcıl nail olmaq lazımdır. Biz gələcəkdə də ATƏT PA-da belə müzakirələrin müxtəlif formalarda davam etməsinə çalışacağıq.

- Yeri gəlmişkən, həmsədrlər bölgədə səfərdədirlər. Bu səfər zamanı onların yeni təkliflərlə çıxış etməsi gözlənilirmi?

- Düşünmürəm ki, həmsədrlərin budəfəki səfəri zamanı indiyə qədər olan mövqedən fərqli yanaşma ortaya qoyulsun. Bu səfər haqda verilən məlumatlarda bildirilir ki, onlar yeni təkliflərlə çıxış edə bilərlər. Ümumilikdə, həmsədrlər bölgəyə gəliblərsə yəqin yeni təşəbbüslərin irəli sürülməsi mümkündür.

- Bu gün Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məsələsi müzakirə olunacaq. Əgər bu quruma üzv olarsa, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı diplomatik üstünlüklər əldə edəcək?

- Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü yalnız bu məsələ kontekstindən qiymətləndirmək lazım deyil. Azərbaycan elə ölkələrdəndir ki, onun haqqı var ki, BMT kimi mötəbər bir qurumun qərar qəbul edən və məsələlərə çevik münasibət bildirən bir strukturunun üzvü olsun. Bu, Azərbaycan diplomatiyasının tərkib hissəsi kimi qəbul olunmalıdır. Ölkəmizin qısa müddətdə əldə etdiyi nailiyyətlər və beynəlxalq aləmdə yeri və rolu, xüsusilə Avropanın təhlükəsizlik arxitekturasında əhəmiyyəti imkan verir ki, BMT Təhlükəsizlik Şurasının üzvü olsun. Hesab edirəm ki, Azərbaycanın bu quruma üzv olmaq üçün həm diplomatik imkanları, həm də mənəvi haqqı var.
Ölkəmiz BMT Təhlükəsizlik Şurasının üzv olarsa qurumda dünyada baş verən proseslərlə bağlı müzakirələrə və qərarların qəbul edilməsinə bərabərhüquqlu münasibət bildirmək imkanı olacaq. Bunun sırasında da Dağlıq Qarabağ məsələsi də ola bilər. Bu məsələlərin BMT-də müzakirəsi, Azərbaycanın bərabərhüquqlu üzv kimi münasibəti prosesə kifayət qədər təsir göstərə bilər. Ümumiyyətlə, mən bu məsələyə dünyanı narahat edən proseslərə Azərbaycanın mövqeyinin ortada olması konstekstindən yanaşaraq əhəmiyyətli hesab edirəm. Bu, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına, mövqeyinin möhkəmlənməsinə şərait yaradır.

- Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsini təklif edir. Sizcə, belə görüşlər rəsmi danışıqlar prosesinə nə dərəcədə təsir göstərə bilər?

- Danışıqlar prosesinin məqsədi budur ki, bu regionda sülh bərqərar olsun, münaqişə öz həllini tapsın. Əsas işlərdən biri də Qarabağın azərbaycanlı və erməni icmasının birgə yaşamasını təmin etməkdir. Buna görə də, bu icmalar görüşməlidir. Kimlərsə bu təşəbbüsə qarşı çıxırlar. Amma onlar düşünməlidirlər ki, hər iki icmanın nümayəndələri Azərbaycan vətəndaşlarıdır. Bu görüşün məqsədi də icmaların birgə yaşayışını təmin etmək üçün müzakirələr aparmaqdır. Hazırda onların arasında inam və etimad yoxdur. Bu insanların görüşünü ona görə təmin etmək lazımdır ki, onlar danışıqlar prosesinin müəyyən mərhələsində birgə yaşamağın yollarını müzakirə etsinlər, təhlükəsizliyin təmin olunması, bir-birilərinə inam və etimadın bərpa olunması yollarını özləri arasınlar. Bu o demək deyil ki, bu görüş Minsk qrupunun fəaliyyətini əvəz etmək üçündür. Sadəcə bu proses, müəyyən mərhələdə bu icmaların qarşılıqlı münasibəti üçün əhəmiyyətli haldır. Bu münasibətlər indidən qurulmalıdır. Bu görüşlər zamanı bəlkə elə fikir irəli sürüləcək ki, doğurdan da danışıqlar prosesinə ciddi təsir göstərəcək. Ona görə də, Azərbaycan belə bir görüşlərin keçirilməsinə maraqlıdır və bu işin təşkilini də öz üzərinə götürməlidir. Ermənistan tərəfi əgər həqiqətən də sülh istəyirsə, bu görüşlərin keçirilməsinə mane olmamalıdır. Hər iki ölkədə bu prosesə qarşı çıxanlara biz öz mövqeyimizi izah etməliyik və belə bir görüşün keçirilməsinə nail olmalıyıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:23 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44 Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:38 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11 Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir 4 Dekabr 2020, 12:08 “İRS” jurnalının İsraildə ilk sayı nəşr olunub 4 Dekabr 2020, 12:03
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?