Modern.az

Ürək əməliyyatı keçirən Abdulla Qurbanidən xəbər var

Ürək əməliyyatı keçirən Abdulla Qurbanidən xəbər var

24 Oktyabr 2018, 16:09

Xəbər verdiyimiz kimi əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrin Mərkəzi Hospitalında açıq ürək əməliyyatı olunub. Polkovnikin ailəsi faktı təsdiqləyib. 


Polkovnikin ailəsi Modern.az-a bildirib ki, həddindən artıq ağır bir əməliyat tanınmış ürək cərrahı Anar Əmrah və onun komdandasının saatlarla çəkdiyi əziyyət və səyləri nəticəsində çox böyük uğurla keçib.

Əvvəldən bu ürək əməliyyatının hansı dərəcədə ağır olduğunu bilən ailə ancaq Anar Əmrah kimi həkimə Abdulla Qurbanini ürək rahatlığıyla etibar edə biləcəyini deyib.

“Biz Anar Əmraha güvəndik və atamı ona etibar etdik. Gözləmədiyimiz dərəcədə atamın əməliyyatını uğurla həyata keçirən təcrübəli ürək cərrahı Anar Əmraha bir can borcumuz var. Çünki atamı o yenidən bizə qaytardı. Atamla görüşdüm. Vəziyyəti çox yaxşıdı, bu gün artıq palataya yerləşdirilib” - deyən Abdulla Qurbaninin qızı, polis mayoru Günay Qurbanova bildirib.
O, olduqca çətin əməliyyata görə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevə, müdafiə naziri general-polkovnik Zakir Həsənova, hospitalın ürək və damar cərrahiyəsi şöbəsinin rəisi, ürək cərrahı polkovnik-leytenant Anar Əmraha və onun komandasına minnətdarlıq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi