Arxiv
1 Noyabr 2018, 11:33 | QARABAĞ
İranın Qarabağ mövqeyi Yerevanda narahatlıq yaratdı 

Oktyabrın 30-da İstanbulda Azərbaycan, İran, Türkiyənin xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə İstanbul bəyannaməsinin imzalanması Ermənistanda müzakirə predmetinə çevrilib.

 

İlk baxışda İranın bu prosesdə iştirakı normal və təəccüb doğurmayan məqam kimi görünə bilər. Lakin İranın Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda bəyannaməni imzalaması Ermənistan üçün narahatedici faktordur.

 

Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklər əsasında həllinin vacibliyi vurğulanıb.

Bəllidir ki, Türkiyə Qarabağ konfliktinin tənzimlənməsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib.

Ermənistan mətbuatı yazır ki, sənəddə İranın Qarabağ münaqişəsi ilə bağlı məqamlara imza atması xüsusilə diqqət cəlb edir.

 

Çünki rəsmi Tehran bu zamana qədər Qarabağ münaqişəsində pozitiv bitərəflik prinsipini rəhbər tutub.

 

“İndi isə İranın bu sənədə qoşulması onu göstərir ki, Tehran Azərbaycanın Qarabağ siyasətini müdafiə edir” – Ermənistanın nüfuzlu 1in.am analitik portalında dərc olunan məqalədə belə yazılır.

Həqiqətən də İran-Ermənistan münasibətlərində hər hansı böhran varmı? Bu suala cavab vermək üçün bir neçə məqama nəzər salmalıyıq.

 

Bir neçə ay bundan qabaq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, baş nazir Nikol Paşinyanın Tehrana səfər proqramı hazırlanır.

 

Amma gözlənilən səfər baş tutmadı, bunun əvəzində isə Paşinyanla İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində görüşdülər. Bu isə effektiv danışıqlar üçün uyğun format hesab edilmir.

 

Digər tərəfdən, Qərbin sanksiyaları fonunda İranda iqtisadi durum heç də ürəkaçan deyil. ABŞ bu kontekstdə Cənubi Qafqaz üzrə siyasi konsepsiyasını dəyişdirərək İrana qarşı diplomatik və siyasi təzyiqlərini gücləndirmək niyyətindədir.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiyaya, Azərbaycana və Ermənistana səfəri də elə bu məqsədə xidmət edirdi.

 

Qərb mətbuatının Boltonun səfəri öncəsi yazdıqlarından da belə anlaşılırdı ki, Qarabağ münaqişəsinin tənzimlənməsi Vaşinqton üçün prioritet deyil.

 

Boltonun Bakıda səfərdə olarkən verdiyi açıqlamalar da bunu təsdiq edir. O keçirdiyi mətbuat konfransında daha çox İran məsələsinə diqqət çəkmişdi.

 

Bu baxımdan İran regionda Amerika amilinin möhkəmlənməsi perspektivindən də narahatdır, bu isə, sözsüz ki, məngənədə sıxılan Ermənistana da təsir edir. Çünki İran Ermənistanın əsas ticarət partnyorlarından biridir.

Ermənistanda da iqtisadi durum bərbaddır və bütün regional layihələrdən kənarda qalıb.

 

Bu siyasi proseslər fonunda isə Ermənistanın xarici siyasəti daha çox Qərblə əməkdaşlığa yönəlib ki, bu da İranın maraqlarına cavab vermir. Paşinyanın Qərbə meylliliyi Rusiyanı da qıcıqlandırır. İstənilən halda isə itirən daha çox Ermənistanın özüdür.

 

İstanbul bəyannaməsi isə Ermənistanla İran arasında münasibətlərin soyuqlaşmasına gətirib çıxara bilər.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatların pul təminatını artırmağa çağırdı 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib 27 İyun 2019, 11:49 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31 AŞPA-ya yeni sədr seçildi 27 İyun 2019, 11:22 Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı – ADLAR 27 İyun 2019, 11:22 DİM növbəti imtahanlar keçirəcək 27 İyun 2019, 11:20 Fazil Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA: Qastritdir... 27 İyun 2019, 11:16 Azərbaycan Turizm Bürosu: “İran və Rusiyadakı gərginlikdən səmərəli istifadə etməliyik”   27 İyun 2019, 11:08 Bakıda qardaş bacısını qətlə yetirdi 27 İyun 2019, 11:00 Turizm şirkətlərinin fəaliyyətinə yenidən baxılacaq - RƏSMİ 27 İyun 2019, 10:54 Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir 27 İyun 2019, 10:51 Dərman oğurlayıb satmaq istəyən şəxs tutuldu 27 İyun 2019, 10:45 Səfirlər Şəki və Zaqatalaya gedirlər 27 İyun 2019, 10:41 Magistraturaya qəbul olunanlara XƏBƏRDARLIQ 27 İyun 2019, 10:39 Kapital Bank-ın dəstəyi ilə növbəti “Yay Futbol Düşərgəsi” keçirilir 27 İyun 2019, 10:35 “Ağac adam” qollarının amputasiyasını istəyir - FOTOLAR 27 İyun 2019, 10:28 Azərbaycandakı diplomatlar Şəkiyə getdilər 27 İyun 2019, 10:25