Arxiv
1 Noyabr 2018, 20:54 | MEDİA
Mətbuat Şurasına 15 yeni üzv qəbul edildi - SİYAHI

Bu gün Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib.

 

Əvvəlcə Mətbuat Şurasına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. MŞ sədri məlumat verib ki, Şuraya üzv olmaq üçün 70-dən çox kütləvi informasiya vasitəsi müraciət ünvanlayıb. Müzakirələrdən sonra «ilkxeber.org», «belediyye.info», «qaziler.az», «musteqil.az», «qht.az», «azinforum.az», «bakutime.az», «big.az», «sim-sim.az», «kobramedia.az», «sonxeber.az», «metbuat.az», «tehsil-press.az», «missiya.az» saytları, həmçinin «Türkologiya» jurnalı Mətbuat Şurasına üzv qəbul ediliblər.


MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev məlumat verib ki, ötən müddətdə quruma ümumilikdə 651 müraciət daxil olub. Bunlardan 470-ni şikayətlər təşkil edib. Şikayətlərdən 225-i çevik araşdırma nəticəsində həllini tapıb. 155 şikayət üzrə əlavə araşdırmalara ehtiyac yarandığından Katiblik tərəfindən baxılmaqdadır. 87 şikayət Şuranın Şikayətlər üzrə Komissiyasının iclasında nəzərdən keçirilib, müvafiq rəylər qəbul edilib. Şikayətlərdən başqa MŞ-yə mənzil məsələləri, MŞ-yə üzv qəbul olunmaqla, jurnalistlərə fəxri adların verilməsi ilə bağlı da müraciətlər də daxil olub. Hesabat səsə qoyularaq qəbul edilib.


MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbərlik etdiyi komissiyanın hesabat müddətində 20-dək məsələni müzakirə etdiyini diqqətə çatdırıb. 

Bunlardan 4-ü əsasında cavabdeh KİV-in adının Şuranın «qara siyahı»sına daxil edilməsi rəyinə gəlinib. Bunlar «azeuronews.com», “tendensiya.com”, “milliyol.az” saytları və Dövrün nəbzi İnformasiya Agentliyidir (“dovrunnebzi.com”). İdarə Heyəti sözügedən KİV-lərin adlarının Şuranın “qara siyahı”sına daxil edilməsinə dair qərar çıxarıb.

MŞ-nin Şikayətlər üzrə Komissiyasının sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli komissiyanın 87 şikayətə baxdığını vurğulayıb. Bu şikayətlərdən bir çoxu barədə rəylər çıxarılıb, həmçinin Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına, eləcə də İdarə Heyətinə təqdimatlar verilib. İdarə Heyəti iclasda komissiyanın rəylərindən 5-i ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərarlarda cavabdeh KİV-lərə qarşı tərəfin mövqeyinə aydınlıq gətirmək, təkzib və üzrxahlıq mətninin dərci tövsiyə olunub. İdarə Heyəti həmçinin Şikayətlər üzrə Komissiyanın «demokratik.az» saytı ilə bağlı 24 oktyabr 2018-ci il tarixli rəyinin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair qərar qəbul edib.

İclasda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na əlavələrin edilməsi ilə bağlı Ə.Amaşovun məlumatı dinlənilib. MŞ sədri bildirib ki, bu məsələ Şuranın Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyi ilə birgə reallaşdırdığı «Azərbaycanda gender bərabərliyi və media azadlığı» layihəsi çərçivəsində irəli sürülüb. Təklifdə 4 prinsipdən ibarət olan AJPDQ-ya «Gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsi» adlı 5-ci prinsipin əlavə edilməsi və həmin prinsipin 4 bənddən ibarət olması nəzərdə tutulub. Müzakirələr nəticəsində təklifə müəyyən düzəlişlər edilməklə qəbul edilib. Şuranın İdarə Heyəti dəyişikliyin Azərbaycan jurnalistlərinin növbəti - 8-ci qurultayında müzakirəsinə dair qərar çıxarıb.

İdarə Heyətinin iclasında «reket jurnalistika»ya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı müzakirələr də aparılıb. Bildirilib ki, mövcud sahədə Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsi lazımdır. Bunun ən optimal yolu qurumun hüquqi statusunun dəyişdirilməsindən, onunla bağlı ayrıca qanunun qəbulundan keçir. İH üzvləri Mətbuat Şurası haqqında qanunun qəbulunun qurumun «reket jurnalistika» ilə mübarizə ilə yanaşı, eyni zamanda ümumən media məkanımızdakı proseslərə daha sıx qoşulması baxımından əhəmiyyətini izah ediblər. Onlar vurğulayıblar ki, oxşar praktika dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur və həmin təcrübənin ciddi şəkildə öyrənilməsinə ehtiyac var. «Reket jurnalistika», o cümlədən mediamızdakı digər neqativ təmayüllərlə mübarizə baxımından isə belə yanaşma xüsusilə effektivdir. Çünki qanun Şuranın istər KİV-lərin qeydiyyatı, istərsə də onlara qarşı məhkəməyəqədərki məsuliyyət növlərinin müəyyənləşdirilməsi nöqteyi-nəzərdən təsirli vasitədir. Burada həmçinin MŞ-nin cavabdeh KİV-lərlə əlaqədar məhkəmə qarşısında məsələ qaldırması və digər məqamlar da əksini tapa bilər. İclasda mövcud istiqamətdəki fəaliyyətin intensivləşdirilməsi qərara alınıb.

Sonda ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisinin tətbiqi müzakirə edilib. Bildirilib ki, sözügedən vergi 2016-cı ildən tətbiq edilir. Bu zaman Nazirlər Kabinetinin 2015-ci ildə ləğv olunmuş 11 saylı qərarına istinad olunur. Vaxtilə həmin qərara əsasən ölkəyə gətirilən həm qəzet və jurnallar, həm də qəzet kağızı ƏDV-dən azad idi. Vergi Məcəlləsinin 164.1 və 164.1.7 maddələrində də idxal olunan KİV məhsullarının ƏDV-dən azad olduğu vurğulanırdı. Hazırda Vergi Məcəlləsi qala-qala ƏDV Nazirlər Kabinetinin ləğv edilmiş qərarına əsasən tətbiq olunur. İdarə Heyətinin üzvləri qanunvericilikdəki bu ziddiyyətli məqamın dərindən araşdırılmasının vacibliyini vurğulayıblar. Onlar eyni zamanda qeyd ediblər ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə daxil olan vəsait elə də böyük deyil. Ancaq bu rəqəm media bazarına mənfi təsir göstərir. Buna görə də Vergi Məcəlləsinə istinadən ƏDV-nin tətbiqinin dayandırılması imkanları müvafiq qurumlarla birgə müzakirə edilməlidir. İclasda bununla əlaqədar konkret tapşırıqlar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56 Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir 17 Sentyabr 2019, 14:56 Ceyhun Bayramov  Basqalda orta məktəbinin AÇILIŞINDA 17 Sentyabr 2019, 14:36 Niyazi Bayramov Edvard Karvardini qəbul edib 17 Sentyabr 2019, 14:20 Ordumuzun təlimləri davam edir - VİDEO 17 Sentyabr 2019, 14:17 Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq 17 Sentyabr 2019, 14:13 ŞAH MAT Teatrı “Qodonun intizarında”... 17 Sentyabr 2019, 14:11 Bakı Uşaq Teatrı yeni mövsümə başlayır 17 Sentyabr 2019, 13:47 Mədəniyyət komitəsi 11 qanun layihəsini müzakirəyə çıxardı 17 Sentyabr 2019, 13:33 İlham Əliyev gürcü naziri qəbul edib 17 Sentyabr 2019, 13:25 Bakıdakı açılış dünyanın gözünü Azərbaycana YÖNƏLDİB 17 Sentyabr 2019, 13:18 Kulis.az-dan şeir MÜSABİQƏSİ - 1000 manat mükafat 17 Sentyabr 2019, 13:11 UNEC-in ikili diplom proqramlarının sərgisi keçiriləcək 17 Sentyabr 2019, 13:07 Sabahın HAVASI: 32 dərəcə isti olacaq 17 Sentyabr 2019, 13:05 9 yaşlı uşağı vurub öldürən sürücü tutuldu 17 Sentyabr 2019, 12:56 Komitə sədri büdcədən mədəniyyət sahəsinə ayırmaların artırılmasını istədi 17 Sentyabr 2019, 12:56 Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT 17 Sentyabr 2019, 12:49 Sərnişinlə dolu yük maşını uçuruma yuvarlandı: 20 ölü 17 Sentyabr 2019, 12:47 “Başımın üstündə qurğuşun əritdi, bədənimə dağ basdı” - Çildağdan REPORTAJ 17 Sentyabr 2019, 12:36 Onlar nə əxlaqsızdılar, nə dəli, nə bisavad... 17 Sentyabr 2019, 12:26 Kirayə evlər ucuzlaşacaq 17 Sentyabr 2019, 12:21 Ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək! 17 Sentyabr 2019, 12:13 Azərbaycan güləşçisi Tokio Olimpiadasına lisenziya qazandı 17 Sentyabr 2019, 12:09 Nazirlərin görüşü ərəfəsində Yerevan provakativ addımlar atır 17 Sentyabr 2019, 11:58 Azərbaycan Radiosunda Bədii Şura yaradıldı - SİYAHI 17 Sentyabr 2019, 11:50