Modern.az

Ziyad Səmədzadə: “Banklar faiz dərəcələrini azaltmalıdır“

Ziyad Səmədzadə: “Banklar faiz dərəcələrini azaltmalıdır“

Aktual

13 Noyabr 2018, 12:46

“Azərbaycan banklarında faiz dərəcələri yüksəkdir”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. Komitə sədri bildirib ki, dünya ölkələrinin bir neçəsində yüksək faiz dərəcələri var onlardan biri də bizdədir.

“Bunun səbəbləri var. İnflyasiyadan qorxuruq. İnflyasiyanı cilovlamaq lazımdır. Amma yığışıb biz bir qərara gəlməliyik. 2,3 5 ildən sonra biz faiz dərəcələrini azaltmağa getməliyik. Çünki ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə