Arxiv
13 Noyabr 2018, 17:39 | AKTUAL
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

“Bilirsiniz ki, 10 ildir ki, cənab Prezidentin təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafı, xüsusilə QHT-lərin sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb və bunun üçün dövlət büdcəsindən hər il müəyyən məbləğdə vəsait ayrılır. Bu təbii ki, bu çox müsbət haldır və ictimai sektor dövlətimizin bu qayğısını yüksək qiymətləndirir. Lakin bu gün QHT-lərin ehtiyaclarının milli maraqlarımıza cavab verən formada qarşılamaq üçün dövlətin ayırdığı maliyyə vəsaitinə yenidən baxmağı vacib hesab edirəm”.


Modern.az xəbər verir ki, bu fikri deputat, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Azay Quliyev bildirib ki, ehtiyacların hər il artmasına baxmayaraq, Şuraya ayrılan vəsaitin həcmi nəinki yüksəlmir, əksinə, vəsaitin ciddi şəkildə azalması müşahidə edilir:


“2015-ci ildə Şuraya ayrılan vəsaitin həcmi 6 milyon 600 min manat olduğu halda, gələn ildə daxil olmaqla son 3 ildə Şuraya 5.600.000 manat nəzərdə tutulmuşdur. Yəni bir milyon manat azaldılmışdır. Bu vəsaiti ölkədə rəsmi qeydiyyatdan keçmiş 4 minə yaxın QHT-nin arasında bölsən, vəziyyətin nə qədər çətin olduğunu təsəvvür etmək mümkündür. Ona görə də Şura çox QHTnin əhatə etmək üçün lahihələrin maksimim həcmini azaltmağa və yalnız kiçik qrantlar 7-8 min manatadək verməyə məcbur olur. Baxmayaraq ki, bu milli maraqlarımızı daxildə və xaricdə müdafiə edən çox təcrübəli QHT-lər var ki, onların fəaliyyətinini davam etdirməsi üçün mütləq şəkildə böyük həcmli vəsaitə ehtiyac var”.


Şura sədri vurğulayıb ki, dövlətçilik maraqlarını daim qoruyan və xarici qüvvələrin təsir dairəsinə düşməyən QHT-lər əsas etibarilə dövlətin ayırdığı vəsaitdən asılıdır. Vəsaitin azlığı isə ölkənin ictimai həyatında mühüm rol oynayan, beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edən, təcrübəli və milli maraqlarımızı müdafiə edən QHT-lərin fəaliyyətinə mənfi təsir və onların mövqelərinin zəifləməsinə gətirib çıxarır. Azay Quliyev deyib ki, digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün dövlətin maraqlarını qoruyan QHT-in dəstəklənməsinə xüsusi ehtiyac var:


“Bizi narahat edən digər mühüm məqam ondan ibarətdir ki, QHT sektorunun minumum ehtiyaclarının dövlət tərəfindən qarşılanmaması, bir sıra ictimai təşkilatların qütbləşməsinə, alternativ maliyyə mənbələri axtarmasına, bəzi hallarda isə qanunsuz olaraq xarici donorlardan vəsait əldə etməyə cəhd olunmasına gətirib çıxarır. Bu isə arzuolunmazdır və biz istəməzdik ki, QHT-lərin onların yad təsirlərə məruz qalsın və ya daha çox xarici donorlardan asılı olsun. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, bu asılılq bəzi hallarda neqativ hallara və təhlüksizliyimiz təhdid edə biləcək situasiyalara gətirib çıxara bilər. Ona görə də istərdim ki, QHT-lərə dəstəyin verilməsi məsələsində bu kopmonent də nəzərə alınsın”.


Deputat bildirib ki, ölkəmizin maraqlarını xaricdə təmsil etmək və müxtəlif layihlər həyata keçirtmək üçün QHT-lərə heç bir dəstək verə bilmirik:


“Bundan başqa bu gün 15-dən çox dövlət proqramı və milli fəaliyyət planında bununla əlaqədar Şuranın üzərinə böyük vəzifələr qoyulub. Bu proqramların icrasını tam təmin etmək üçün Şuranın və QHT-lərin institusional imkanlarının artırılması vacibdir. Eyni məsələni regionlarda fəaliyyət göstərən QHT-lərin resurs və təlim mərkəzlərinə də aid etmək olar. Maliyyə nazirliyinə bu təkliflərin detalları haqqında Arayış təqdim olunub. Bütün bunları nəzərə alaraq, 2019-cu ilin dövlət büdcəsindən QHT-lər üçün ayrılan 5600000 (beş milyon altı yüz min) manatın üzərinə 4600000 (dörd milyon altı yüz əlli min) manat əlavə olunaraq 10200000 (on milyon iki yüz min) manata çatdırılmasını təklif edirik”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - TƏFƏRÜAT 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44