Arxiv
14 Noyabr 2018, 19:25 | AKTUAL
Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Dövlət Komitəsində - FOTOLAR

Noyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə səfərə gəlmiş Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının  prezidenti Jan-Fransua Mansel, Assosiasiyanın baş katibi, Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və təşkilatın digər üzvləri ilə görüşüb.

 

Komitə sədri Azərbaycanın Dostları Assosiasiyasının nümayəndə heyəti ilə bu ilin mayında keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, onun dəvətini qəbul edib yenidən Bakıya gəldiklərinə görə qonaqlara təşəkkürünü çatdırıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış humanitar fəlakətin fəsadlarının aradan qaldırılması, öz tarixi torpaqlarından didərgin düşən 1 milyondan çox qaçqın və məcburi köçkünün sosial problemlərinin həll edilməsi üçün dövlətimizin gördüyü tədbirlər haqqında ətraflı söhbət açılıb.

 

Qeyd olunub ki, Prezident İlham Əliyevin  sosial siyasətində bu məsələ prioritet istiqamətlərdəndir. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərlə ilk növbədə təmin edilməsi isə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi nəzarətindədir və bu məqsədlə yaşayış kompleksləri inşa edilir.

 

Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının vacibliyi vurğulanıb,  bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların indiyədək yerinə yetirilməməsinin ciddi narahatlıq doğurduğu bildirilib. 

Azərbaycan dövlətinin işğaldan azad ediləcək ərazilərdə bərpa-quruculuq işlərinə hazır olduğunu diqqətə çatdıran komitə sədri 2016-cı ilin aprelində ordumuzun apardığı əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin dinc həyata qovuşduğunu, yerli sakinlərin geri qayıtmasına hər cür şərait yaradıldığını və onların kənddə inşa edilmiş evlərdə yerləşdirildiyini, məşğulluq məsələlərinin həlli üçün tədbirlər görüldüyünü xatırladıb.

 

Vurğulanıb ki, Ermənistanın ərazi iddiası və işğalçılıq siyasəti barədə beynəlxalq ictimaiyyətin davamlı olaraq məlumatlandırılması və Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi vacibdir. Bu istiqamətdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvlərinin də fəallığı mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədri və Avropa birliyinin əsas ölkələrindən biri kimi Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ədalətli həllində fəal iştirakına böyük ümid bəslənilir.     

Assosiasiyanın prezidenti Jan-Fransua Mansel Bakıda və Cocuq Mərcanlıda məcburi köçkünlərlə görüşəcəklərini və onların taleyi barədə həqiqətləri Fransada ictimailəşdirəcəklərini bildirib. O qeyd edib ki, dünya ictimaiyyətinin münaqişə qurbanlarının taleyinə biganə qalması yolverilməzdir.

Görüşdən sonra nümayəndə heyəti Yasamal rayonunda məcburi köçkünlərin müəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində vəziyyətlə tanış olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22 “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...” 25 May 2019, 09:03