Modern.az

Azərbaycanın daha 3 güləşçisi medal qazandı

Azərbaycanın daha 3 güləşçisi medal qazandı

14 Noyabr 2018, 23:12

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan millisi daha 3 medal qazanıb. Modern.az "Report"a  istinadən xəbər verir ki, yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olub.

 

Məmmədov finalda yaponiyalı Keniçiro Fumitaya, Cəfərov isə misirli Məhəmməd İbrahim Əlsəyidə uduzub.

 

Əvəzində Nuriyev bürünc medal görüşündə Əli Əkbər Heydərini sonuncu xal prinsipinə əsasən üstələyib.

 

İlk yarış günündə Azərbaycanın daha bir yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi