Arxiv
14 Noyabr 2018, 23:28 | AKTUAL
Türkiyədə təhsil alan azərbaycanlı məzunlar bir arada

Türkiyənin Azərbaycandakı səfirliyinin, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin təşkilatçılığı ilə qardaş ölkədə təhsil alan azərbaycanlı məzunların görüşü keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycanın müxtəlif ali məktəblərinin rektorları, azərbaycanlı və türkiyəli iş adamları, müxtəlif illərdə Türkiyədə təhsil almış və məzun olmuş şəxslər, QHT-lərin təmsilçiləri iştirak ediblər.

 

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi tərəfindən hazırlanan videoçarx nümayiş olunub.

 

İdarənin sədri Abdulla Eren tədbirdə çıxış edərək bildirib ki, qurumun fəaliyyətinin əsas məqsədi Türkiyənin ali təhsil müəssisələrindən məzun olmuş gənclər, o cümlədən Azərbaycan vətəndaşları arasında əməkdaşlığı inkişaf etdirməkdir. Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyətin həyatında fəal iştirak edərək Azərbaycanın inkişafına töhfə verməyə çalışır. Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi də bu məsələdə məzunlara dəstək olmağa çalışır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Məhz Azərbaycan Prezidentinin bu diqqət və qayğısının nəticəsidir ki, gənclərimizin xarici ölkələrdə təhsil almaları ilə bağlı mühüm Dövlət proqramları qəbul edilir və uğurla reallaşdırılır. Türkiyə universitetlərindən məzun olmuş minlərlə gənc bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin başçısının yürütdüyü siyasəti dəstəkləyir. Bu gün hər birimiz torpaqlarımızı işğaldan azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. İnanırıq ki, torpaqlarımız tezliklə işğaldan azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.

 

Şura sədri bildirib ki, 1992-1993-cü tədris ilindən başlayaraq, həyata keçirilən “Böyük tələbə layihəsi” türkdilli xalqlar, o cümlədən Azərbaycan ilə Türkiyə arasında əlaqələrin güclənməsinə mühüm töhfə verib.

 

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ölkəsinin qardaş Azərbaycana müstəqilliyinin bərpasından sonra müxtəlif sahələrdə fəal dəstək göstərdiyini bildirib. Diplomat bu dövrdə yüz minlərlə azərbaycanlı gəncin Türkiyənin müxtəlif ali məktəblərində təhsil alması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, bu gün 125 min gənc Türkiyə universitetlərinin məzunlarıdır. Türkiyədə təhsil almış gənclər xalqlarımız və ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verirlər.

 

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamlarını məmnunluqla xatırladaraq ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan qədim dostluq və qardaşlıq münasibətlərinin ildən-ilə inkişaf etdiyini bildirib. O deyib ki, iki ölkə arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək. Bu əlaqələr Azərbaycanın və Türkiyənin regionda və dünyada böyük gücə çevrilməsinə səbəb olacaq. Bu işdə gənclərin böyük rol oynadığını deyən nazir bunun siyasi, iqtisadi və hərbi sahədə uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Tver-Bakı avtobus marşrutu açıldı 27 May 2019, 16:16 Zelenski də İlham Əliyevi təbrik etdi 27 May 2019, 16:08 Qobustanın 3 kəndi üçün şad XƏBƏR 27 May 2019, 16:07 Bakıda narkotik satan  “Dayı” və bacıoğlu saxlanıldı 27 May 2019, 16:04 Növbə Yevlaxa çatdı... 27 May 2019, 15:56 Jurnalist Səxavət Məmməd həbs edildi 27 May 2019, 15:55 Xurmanın faydaları – AQTA  maarifləndirir 27 May 2019, 15:54 ABŞ Çinlə ticarət sazişindən imtina edib 27 May 2019, 15:51 Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi 27 May 2019, 15:51 Təhsil naziri Tovuzda gimnaziyaya getdi 27 May 2019, 15:41 Roma Papası İlham Əliyevi təbrik etdi 27 May 2019, 15:37 101 yaşın mübarək, Azərbaycan Respublikası! 27 May 2019, 15:16 “Azərbaycan dili” fənnindən qəbul imtahanının nəticələri AÇIQLANDI 27 May 2019, 15:13 Əbülfəs Qarayev Diri Baba türbəsindəki vəziyyətlə tanış olub 27 May 2019, 15:00 Minsk Qrupunun həmsədrləri Yerevana gəlib 27 May 2019, 14:53 “Müqəddəs İslam dinimiz bunu tələb edir” – Xanım deputat 27 May 2019, 14:51 Dövlət Agentliyi Avropa Liqasının finalına görə xəbərdarlıq etdi – Nöqsanlar aradan qaldırılsın   27 May 2019, 14:46 Azercell şirkəti abunəçilərinə xəbərdarlıq etdi: “Xaricdən daxil olan...” 27 May 2019, 14:45 Berluskoni Avropa parlamentinin deputatı seçildi 27 May 2019, 14:35 Əfqanıstan baş nazirinin müşaviri öldürüldü 27 May 2019, 14:23 Əmanətlərin Sığortalanması Fondu vətəndaşlara müraciət etdi 27 May 2019, 14:14 Lənkəranda avtomobildən 4.2 kq tiryək aşkarlandı 27 May 2019, 14:10 Paşinyanın arvadı oğlunun Qarabağı tərk etdiyini TƏSDİQLƏDİ 27 May 2019, 13:48 Binəqədidə Respublika günü 27 May 2019, 13:47 Facebook-da transgenderin şəklini yayan 3 AZAL əməkdaşı işdən çıxarıldı 27 May 2019, 13:44 Üç günün hava prqonozu açıqlandı - Yağış, külək, isti… 27 May 2019, 13:29 Xələfov “Keşikçidağ”la bağlı gürcü həmkarına cavab verdi 27 May 2019, 13:29 Prezident və birinci xanım 28 Mayla bağlı rəsmi qəbulda - FOTOLAR 27 May 2019, 13:21 Qəbul imtahanlarında maksimal bal və fənlər üzrə ballar açıqlandı   27 May 2019, 12:53 Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb   27 May 2019, 12:47 Avrasiyanın ədəbiyyat üzrə 4-cü “LiFFt” festivalı Bakıda keçiriləcək 27 May 2019, 12:45 AFFA geri qaytarılan biletlər üçün UEFA-ya müraciət etdi: “Verin, biz sataq!” 27 May 2019, 12:39 Deputat iftar süfrəsi açdı 27 May 2019, 12:20 Şəmkirdə quldurluq edən 2 nəfər tutuldu 27 May 2019, 12:10 İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ - RƏSMİ 27 May 2019, 12:09