Modern.az

Azərbaycan nefti yenidən ucuzlaşdı

Azərbaycan nefti yenidən ucuzlaşdı

14 Noyabr 2018, 23:46

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 68,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 3,95 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,98 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 13-də 63,25 dollar/barel təşkil edib ki, bu da  əvvəlki qiymətdən 4,02 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 13-də 65,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,95 dollar/barel azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər