Fövqəladə Hallar Nazirliyi Qəbələ” futbol akademiyasının məşqçisi Teymur Musayevin qəzada ölməsi ilə bağlı məlumat yayıb.
Modern.az xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Qəbələ şəhərində “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarıblar.