Arxiv
15 Noyabr 2018, 11:58 | AKTUAL
Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi tərəfindən ölkəmizdə növbəti dəfə Uşaq Paralimpiya oyunları təşkil edilib.  

 

Modern.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin və UNİCEF-in dəstəyi ilə IV dəfə  keçirilən Uşaq Paralimpiya oyunları 13-14 noyabrda Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində 100-dən çox paralimpiyaçı uşağı bir araya gətirib. Bakıdan, eləcə də bölgələrdən oyunlara qatılan idmançılarımız idmanın 8 növü üzrə öz güclərini sınayıblar. Yerli paralimpiyaçılarımızdan əlavə, IV Uşaq Paralimpiya oyunlarında Gürcüstandan sağlamlıq imkanları məhdud 9 idmançı da 3 idman növündə mübarizə aparıb.

Oyunların rəsmi açılış mərasimi 14 noyabr 2018-ci il tarixində Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilib. Açılış zamanı çıxış edən Azercell Telekomun prezidenti Vahid Mürsəliyev mütəmadi keçirilən bu turnirlərin köməyilə sağlamlıq imkanları məhdud olan uşaqların idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək şansını qazandığını sevindirici hal kimi qiymətləndirib. Bunun uşaqlara həm dünya idmanına interqrasiya etməyə həm də gələcəkdə uğurlu idmançı karyerasını qurmağa kömək edə biləcəyini qeyd edib. Bu turnirin təşkilində qatqısı olmuş bütün təşkilat və komitə üzvlərinə minnətdarlığını bildirərək, iştirakçılara final oyunda uğurlu və qızğın mübarizə arzulayıb. Açılış mərasimində Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti Endryu Parsons da iştirak edib.

 

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. 2014-cü ildən etibarən “Azercell Telekom” MMC Komitənin inkişaf etdirilməsinə dəstək verir. Hazırda Komitədə 100-dən çox sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Qeyd edək ki, Azercell Telekom fəaliyyətə başladığı ilk gündən sosial məsuliyyət faktoruna ciddi önəm verib. Bu günə qədər minlərlə sosial layihəyə dəstək olan Azercell ölkədə təhsil, incəsənət, idman, elm, texnologiyaların inkişafı və rifahı uğrunda çalışıb.Azercell Korporativ Sosial Məsuliyyət istiqamətindəki fəaliyyətinə görə dəfələrlə yerli və beynəlxalq mükafatalara layiq görülüb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47