Modern.az

Səhiyyə komitəsinin sədri İtaliya nümayəndə heyətini qəbul etdi

Səhiyyə komitəsinin sədri İtaliya nümayəndə heyətini qəbul etdi

15 Noyabr 2018, 14:17

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri  akademik  Əhliman Əmiraslanov  ölkəmizdə işgüzar səfərdə olan  İtaliya nümayəndə heyətini qəbul edib.

 
Modern.az xəbər verir ki, görüşün  əvvəlində qonaqları salamlayan komitə sədri Əhliman Əmiraslanov son illər ərzində ölkəmizdə səhiyyənin inkişafı sahəsində aparılan islahatlar, görülən işlər, əldə olunmuş nailiyyətlər, Səhiyyə komitəsinin yaranması və fəaliyyəti, həmçinin həyata keçirilən dövlət proqramları, xüsusilə də Səhiyyə komitəsinin prioritet məsələlərindən biri olan şəkərli diabet xəstələrinə dövlət qayğısı barədə məlumat verib.

 İtaliya  nümayəndə heyətinin üzvləri olan senator Roberto Pella və İtaliya Barometr Diabet Fondunun Prezidenti, Emeritus Tor Vergata  Universitetinin rektoru professor Renato Lauro isə  öz növbələrində görüşün təşkilinə görə təşəkkür edərək, İtaliya Parlamenti və İBDO İnstitutunun səhiyyə sahəsində gördüyü işlər barədə geniş söhbət açıb, səfərin məqsədinin  iki ölkə arasında tibb və səhiyyə sahəsində əməkdaşlığın bundan sonra daha da güclənməsi və inkişaf etdirilməsindən ibarət olduğunu vurğulayıblar.

 Görüş zamanı işrirakçılar gələcəkdə Azərbaycan və İtaliya Parlamentlərinin Səhiyyə komitələri arasında razılaşma və əməkdaşlığa dair sazişin imzalanması məsələsini də müzakirə edərək, tibbi müstəvidə  birgə inkişaf layihələri çərçivəsində gələcək fəaliyyətin istiqamətləri barədə  fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Musa Quliyev, Rafiq Məmmədhəsənov və İlham Məmmədov də iştirak edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi