Modern.az

Bakı - Sumqayıt - Bakı qatarının hərəkəti məhdudlaşdırılır

Bakı - Sumqayıt - Bakı qatarının hərəkəti məhdudlaşdırılır

Aktual

15 Noyabr 2018, 14:37

Texniki səbəblərə görə noyabrın 16-ında Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.

 

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətiİctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

 

S.Qədriova qeyd edib ki, noyabrın 16-sı Bakıdan saat 08-00-da yola düşən 6001, saat 08-30-da yola düşən 6003 və saat 08-55-də yola düşən 6005 nömrəli elektrik qatarlarının, Sumqayıtdan isə saat 08-50-də yola düşən 6010, saat 09-17-də yola düşən 6012 və saat 09-50-də yola düşən 6014 nömrəli elektrik qatarlarının hərəkəti bir reysə üzrə ləğv edilir”.

 

Onun sözlərinə görə, göstərilən qatarlar müvəqqəti hərəkətdə olmayacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü