Arxiv
15 Noyabr 2018, 18:24 | AKTUAL
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO

UNEC-də “UNEC və Türkiyə Universitetlərinin əməkdaşlıq istiqamətləri: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, UNEC-in təşkilatçılığı və Türk Dünyası Araşdırmalar Vəqfınin (TDAV) dəstəyi ilə keçirilən konfransda universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Cümhuriyyətinin gənclik və idman naziri Dr.Mehmet Muharrem Kasapoğlu, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazgan, Türkiyə-Azərbaycan Parlamentlərlararası Dostluq Qrupunun rəhbəri, AKP İstanbul millət vəkili Şamil Ayrım, İstanbul Universitetinin rektoru, professor Mahmut Ak və digər nüfuzlu qonaqlar iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyə türkcəsində tədrisi türkçülüyə verilən önəm və dəyərin ən böyük göstəricilərindən biri adlandırıb. Türk dilində tədrisin TDAV-nin mərhum rəhbəri, professor Turan Yazganın təşəbbüsü ilə yaradıldığına diqqət çəkən rektor, Türk Dünyası İqtisadiyyat Fakültəsinin (TUDİFAK) hədəflərindən söz açıb: “Hədəfimiz TUDİFAK-ın türk dünyasına və dünya miqyasında keyfiyyət tələblərinə cavab verə biləcək təhsil məkanına çevrilməsidir. Son hədəf isə fakültə bazasında yeni universitet yaradılması və türk dünyası gənclərinin həmin universitetdə təhsil almasına şərait yaratmaqdır”. Fakültədə bu ildən yeni ixtisasların açıldığını bildirən rektor, fakültəyə qəbulda ötən dövrlərlə müqayisədə yüksək bal toplayan abituriyentlərin sayının artıdığını qeyd edib. Ə.Muradov TUDİFAK-da təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması üçün Türkiyə universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılmasının vacibliyini vurğulayıb.

UNEC-in Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyindən söz açan rektor, birgə dərsliklərin hazırlanması və elmi məqalələrin tanınmış dərgilərdə çap olunmasının hər iki ölkənin təhsilinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını bildirib.

Konfransda çıxış edən Erkan Özoral Türkiyə-Azərbaycan münasibətlərindən söz açıb. Hazırda Azərbaycanın dünya arenasında öz layiqli yerini tutduğunu bildirən səfir, hər iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Türkiyədə təhsil alan azərbaycanlıların sayının ildən-ilə artdığına diqqət çəkən səfir, bu istiqamətdə universitetlərin əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb. “Hədəfimiz hər iki ölkənin akademik səviyyəsinin daha da yüksəlməsidir” deyən türkiyəli diplomat, konfransın təşkilinin bu istiqamətdə əhəmiyyətli rol oynayacağına əminliyini vurğulayıb.

Dost və qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edən Mehmed Muharrem Kasapoğlu Türkiyənin bütün sahələrdə Azərbaycanı dəstəklədiyini bildirib. Bu münasibətlərin təməlinin tarixi köklərlə bağlı olduğunu söyləyən  M.Kasapoğlu, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Nazir Azərbaycanın uğurlu hərtərəfli inkişafını qürurla izlədiyini xüsusi vurğulayaraq, hər iki dövlət arasında imzalanan mühüm iqtisadi layihələrdən söz açıb.

Millət vəkili Şamil Ayrım professor Turan Yazğanın elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edib. T.Yazganın milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsində böyük xidmətlər göstərdiyini bildirən millət vəkili məhz belə gənclərin sayəsində Azərbaycanla bərabər, Türkiyənin də problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunacağına əminliyini bildirib.

İstanbul universitetinin rektoru, professor Mahmud Ak mərhim professor Turan Yazğanın həyat və fəaliyyətindən bəhs edib. Onun Türk dünyasında, o cümlədən Azərbaycanda təhsilin inkişafına böyük önəm verdiyinə diqqət çəkərək, bu siyasətin əsas məqsədinin türk millətini birləşdirmək olduğunu bildirib.

Konfransda Atatürk liseyinin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Beynəlxalq konfrans “UNEC və Türkiyə Universitetlərində akademik fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində əməkdaşlıq istiqamətləri” mövzusunda panel müzakirələrlə davam edib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15