Arxiv
16 Noyabr 2018, 15:10 | AKTUAL
Nazirlik orta məktəbdə robot texnika laboratoriyası yaratdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə 23 nömrəli orta məktəbdə “Robopark” robotexnika laboratoriyası yaradılıb. Laboratoriyanın yaradılması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində reallaşdırılıb.

Bu barədə Modern.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məqsəd məktəblilərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağın artırılması, robot texnika üzrə prototiplərin hazırlanması və eyni zamanda sınaqların keçirilməsinə imkan yaratmaqdır.

Sözügedən laboratoriyada 7-9-cu sinif şagirdləri üçün informatika, proqramlaşdırma və robot texnikası üzrə dərnək şəkilində məşğələlər təşkil olunacaq.

Burada robotların yaradılması, onların idarə olunması üçün proqramlaşdırma sirləri öyrədiləcək.

Bu gün keçirilən açılış mərasimində Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, şərti olaraq “Robopark” adlandırılan laboratoriyada məktəblilər robotların yaradılması üzrə ilkin vərdişlərə yiyələnməklə yanaşı, robot texnikanın iş prinsipini və proqramlaşdırmanın sirlərini də öyrənəcəklər. Nazir müavini qeyd edib ki, bu laboratoriya məktəblilərə öz texnoloji ideyalarını sınaqdan keçirmək imkanı da yaradacaq.

“Ümumiyyətlə, orta tədris müəssisələrində əldə edilən texniki biliklər şagirdlərin gələcəkdə ali təhsil müəssisələrinə ixtisas seçimində texniki-texnoloji peşələrə üstünlük vermələrinə şərait yaradır. Bu baxımdan hesab edirəm ki, 23 nömrəli məktəbdə yaradılan laboratoriya da məktəbliləri texniki ixtisaslar seçməyə təşviq edəcək”.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, eləcə də, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına orta təhsil müəssisəsində belə bir laboratoriyanın yaradılmasına görə təşəkkür edib. O bildirib ki, laboratoriya bir çox digər məktəblərə də nümunə olacaq və onlar da bu təcrübədən yararlana biləcəklər. O, texnoloji bilik yarışlarında uğurla iştirak etmək üçün sözügedən laboratoriyada əldə olunan təcrübənin faydalı olacağını qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Ofisinin rezident nümayəndəsinin müavini AlessandroFrakassetti təmsil etdiyi qurumun belə bir laboratoriyanın yaradılmasına dəstək verməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycanda təhsil müəssisələrinin müasirləşdirilməsi, eləcə də, müasir texnologiya ilə təchizatı ixtisaslı mütəxəssis hazırlığının gələcək inkişafına dəstək verir.

“Bu gün açılışını etdiyimiz laboratoriya elektronika mühəndisliyində ən populyar platforma hesab olunan “Arduino” əsasında qurulub. Dünyada geniş istifadə olunan bu platforma vasitəsi ilə erkən yaşlardan uşaqların sahə üzrə bilikləri artırılır və gələcək mühəndislik fəaliyyəti üçün bünövrə yaradır”.

23 nömrəli məktəbin direktoru Yuliya Kərimova laboratoriyanın yaradılmasına göstərilən dəstəyə və burada yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıq edib.

Tədbirdə məktəblilər tərəfindən hazırlanan layihələrin ilkin nümunələri nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, laboratoriyada təlimlərin keçirilməsi “Sumaks Technologies” şirkəti tərəfindən təşkil olunacaq. “Sumaks Technologies” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış startaplardan biridir və artıq şirkət kimi fəaliyyət göstərir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13