Arxiv
16 Noyabr 2018, 16:14 | AKTUAL
Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması başa çatır

Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarını təbrik edib.

 

Modern.az-ın məlumatına görə, təbrik məktubunu Azərbaycan avtomobil yolu təsərrüfatının yaranmasının 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov oxuyub.

 

Məktubda deyilir: “Hörmətli avtomobil yolu təsərrüfatı işçiləri. Sizi ölkəmizdə avtomobil yolu təsərrüfatının yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə nailiyyətlər arzulayıram.

 

1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Yollar, Poçt və Teleqraf Nazirliyi yaradılmış, bununla da ölkəmizin yol təsərrüfatının ayrıca sahə kimi bünövrəsi qoyulmuşdur. Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrini layiqincə yaşadan müstəqil Azərbaycan Respublikasında ötən müddət ərzində iqtisadiyyatın sürətli inkişaf modeli ilə formalaşmasına yol təsərrüfatı və nəqliyyat sektoru dəyərli töhfələr vermişdir”.

 

Dövlət başçısı qeyd edib ki, avtomobil yollarının tikintisi, təmiri, saxlanılması ilə məşğul olmuş və ayrı-ayrı illərdə fərqli adlar altında fəaliyyət göstərmiş idarə və təşkilatların bügünkü varisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir: “Qurum ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” sözlərini haqlı olaraq öz fəaliyyətinin başlıca devizinə çevirmişdir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi illərdə yol infrastrukturunun kompleks şəkildə inkişaf etdirilməsi, avtomobil yolu təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və onun kadr potensialının gücləndirilməsinə həmişə xüsusi diqqət yetirib. Yol təsərrüfatında əsaslı dönüşün yaradılması və onun idarəetmə mexanizminin bacarıqlı, işgüzar mütəxəssislər hesabına komplektləşdirilməsi məhz Heydər Əliyevin bu istiqamətdə gerçəkləşdirdiyi məqsədyönlü inkişaf strategiyasının bəhrəsidir. Strategiyanın uğurlu davamı olaraq ölkə həyatının bütün sahələri ilə yanaşı, yol infrastrukturu sisteminin yeniləşdirilməsi və müasir standartlar səviyyəsində avtomobil yolları şəbəkəsinin genişləndirilməsi indi də diqqət mərkəzində saxlanılır”.

 

Prezident vurğulayıb ki, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir: “Getdikcə dərinləşən yeniləşmə prosesləri fonunda yol infrastrukturunun sürətlə yaxşılaşması Azərbaycanın hazırkı dinamik inkişaf mənzərəsini səciyyələndirən başlıca cəhətlərdəndir.

 

İnanıram ki, yükək peşəkarlığa malik kollektiviniz öz üzərinə düşən vəzifələri bundan sonra da dərin məsuliyyət hissi ilə yerinə yetirəcək, ölkəmizin iqtisadi qüdrətinin artırılması naminə böyük əzmkarlıq və qətiyyətlə çalışacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25 Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu   24 May 2019, 17:08 İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06