Arxiv
16 Noyabr 2018, 16:00 | AKTUAL
“İƏT Modeli” - 2018 Beynəlxalq Münasibətlər Akademiyasına start verildi

Artıq 8 ildir ki, Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli (İƏT) - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsinə növbəti dəfə start verilib. İƏT Gənclər Forumu tərəfindən 40-a yaxın ölkədə eyni zamanda təşkil edilən layihə, Azərbaycanda İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

 

Modern.az-ın məlumatına görə, İƏT Gənclər Forumunun əsas məqsədlərindən biri bu proqramı həyata keçirməklə, İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlat rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Proqramda 15-dən artıq ali məktəbi təmsil edən 300 tələbə arasından seçilmiş 100-dən artıq gənc iştirak edir. İki ay ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olublar.

Bu il keçirilən proqram çərçivəsində artıq mühazirə və təlimlər mərhələsi başa çatıb, təlimlərdə məruzəçi qismində İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzin direktoru Elçin Əsgərov, Azərbaycan Prezidenti yanında Strateji araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Nicat Məmmədli, İslam bankçılığı üzrə beynəlxalq dərəcəli ekspert Anar Yusifzadə, Fələstin dövlətinin səfiri Nasir Əbdül Kərim, Mərakeş Krallığının səfiri Mohamed Adil Embarx, İran İslam Respublikasının səfiri Cavad Cahangirzadə, Pakistan İslam Respublikasının səfiri Said Xan Mohmand və sonda Tacikistan Respublikasının səfiri Rüstəm Soli çıxış ediblər.

Müzakirələrin nəticəsi olaraq noyabr ayında model oyunlar çərçivəsində “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ni simulyasiya edən yekun toplantı keçiriləcək və göstərilən problemlər üzrə qərarlar qəbul ediləcək. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə münaqişələrin həlli istiqamətindəki təkliflər öz əksini tapacaq.

Ənənəvi olaraq “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ndə qələbə əldə edən işçi qruplar beynəlxalq sertifikat və xüsusi mükafatlarla təltif olunur, ən aktiv 5 iştirakçı isə İƏT-ə üzv ölkələrdən birində keçiriləcək “Beynəlxalq İƏT Modeli” Qlobal Sammiti yarışmalarına qatılmaq hüququ əldə edirlər. İndiyədək belə Qlobal Sammitlər 2011-2017-cı illər ərzində Türkiyənin İstanbul şəhərində, Rusiya Federasiyasının Kazan şəhərində, Malaziya paytaxtı Kuala-lumpurda, İranın Məşhəd şəhərində və Bakıda keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - TƏFƏRÜAT 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37