Modern.az

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur

Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulur

Aktual

16 Noyabr 2018, 17:05

İspaniyada dizel və benzinlə işləyən avtomobillərin satışına qadağa qoyulacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya hökuməti dizel və benzin mühərriki ilə işləyən, atmosferə karbon qazı buraxan minik avtomobillərinin satışını və qeydiyyatını 2040-cı il üçün qadağan etmək niyyətindədir.

 

Belə tədbirlər partiyaların tanış olması üçün hökumətin təqdim etdiyi iqlim dəyişmələri və ekoloji keçid barədə qanun layihəsində nəzərdə tutulub. Hakimiyyət orqanları bu qanun layihəsinin 2018-ci ilin sonu üçün parlamentdə nəzərdən keçirilməsinə ümid bəsləyirlər.

 

Son məqsəd bundan ibarətdir ki, 2050-ci il üçün İspaniya yollarında atmosferə parnik qazları buraxmayan ekoloji təmiz avtomobillər şütüsün. Məhdudiyyətlər benzin və dizellə işləyən avtomobillərdən başqa təbii maye qazla işləyən hibridlərə və avtomobillərə də şamil olunacaq.

 

Qeyd edək ki, Böyük Britaniya, Fransa, Norveç, Almaniya və başqa ölkələrdə də analoji qanun layihələri nəzərdən keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?