Arxiv
16 Noyabr 2018, 17:20 | AKTUAL
Gömrük Akademiyasında Milli Dirçəliş günü qeyd olundu

Noyabrın 16-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və oxunub.


Modern.az-ın məlumatına görə, Akademiyanın rəisi, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bildirib ki, Azərbaycan xalqının tarixində əlamətdar günlərdən olan Milli Dirçəliş günü xalqımızın və dövlətimizin taleyində mühüm yer tutan hadisələrdən biridir. SSRİ-nin dağılması ilə dünyanın böyük bir imperiyasının süqutu, yeni müstəqil dövlətlərin yaranması, ümumiyyətlə, dünyada olan beynəlxalq münasibətlər sistemində dünya nizamının köklü surətdə dəyişilməsi baş verib. Sovet dövründə bolşevik-kommunist partiyasının geniş ideoloji təbliğatının aparıldığını diqqətə çatdıraraq, bu təbliğatın altında təkcə Azərbaycan xalqının deyil, bütövlükdə imperiyanın bütün respublikalarında olan xalqların həyatında qara iz buraxan, taleyüklü, çox bədbin niyyətlərlə müşayiət olunan bir siyasətin də yürüdüldüyünü vurğulayıb, O, bildirib ki, bu siyasət nəticəsində Azərbaycanın tarixi əzəli torpaqları  müxtəlif bəhanələr altında Ermənistana verilirdi. “1940-ci illərin sonunda və 1950-ci illərin əvvəlində azərbaycanlılar kütləvi şəkildə daimi yaşadığı öz dədə-baba, tarixi torpaqlarından köçürüldü. Bu, hələ çar Rusiyası dövründən başlanan yarıtmaz milli siyasətin, türk-azərbaycan xalqına qarşı olan mənfur niyyətlərin nəticəsi idi” – deyə akademiyanın rəisi qeyd edib. 


17 noyabr tarixinin əhəmiyyətindən bəhs edən Qulu Novruzov diqqətə çatdırıb ki, bu tarix onilliklər boyu haqqı tapdanan xalqın oyanış günü idi. O, qeyd edib ki, bu müstəvidə Azərbaycana qarşı aparılan siyasi ideologiya artıq açıq müstəviyə keçdi. Bununla da, Azərbaycan xalqının haqlı etirazlarına səbəb oldu. Sovet qoşunlarının çox ciddi müdaxiləsi ilə etiraz aksiyaları dağıdıldı. Milli düşüncədəki oyanışın öz bəhrəsini verdiyini və SSRİ-nin dağılmasını sürətləndirən bir fakt kimi ortaya çıxdığını nəzərə çatdıran natiq bildirib ki, bu, sovet hökumətinin süqutuna rəvac verən bir faktora çevrildi. Qulu Novruzov 1990-cı ilin 17 noyabrında məhz bu tarixdə görkəımli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən, Ali Məclisdə üçrəngli Azərbaycan bayrağını rəsmi dövlət simvolu elan etdiyini, həmin iclasda Ali Məclis tərəfindən Azərbaycan SSR Ali Sovetinə üçrəngli bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsinin tövsiyə olunduğunu xatırladıb.


Bu il 1988-ci il hadisələrindən 30 il keçdiyini qeyd edən Qulu Novruzov bu müddət ərzində xalqımızın təlatümlü tarix keçdiyini, azadlıq, müstəqillik və torpaqlarımızın uğrunda şəhidlər verdiyini deyib.


Akademiyanın rəis müavini, professor Ramiz Hümbətov “Xalqımızın ermənilərin işğalçılıq siyasətinə etiraz hərəkatı 1988-ci ilin 17 noyabr tarixindən başlanıb” adlı məruzə ilə çıxış edib.


Sonra Akademiyanın “Hüquqşünaslıq” ixtisasının 3-cü kurs tələbələri İmamverdi Novruzlu “Azadlıq hərəkatının səbəbləri” və Həsən Həsənzadə “Milli azadlıq fonunda dirçəliş meylləri və onun nəticələri” mövzusunda təqdimatlarla çıxış ediblər.


Tədbirin sonunda Milli Dirçəliş gününə həsr olunmuş videoçarx nümayiş olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyaca məşhur şirkət “Azərenerji”nin məsləhətçisi oldu   24 May 2019, 17:08 İstirahət günlərində hava necə olacaq?  24 May 2019, 17:04 Ukraynanın baş naziri istefa verdi 24 May 2019, 16:59 Ağstafada hamilə qalan dörd gəlinin yaşı açıqlandı - Qalmaqalın TƏFƏRRÜATI 24 May 2019, 16:51 Ziyafət Əsgərov: Onlar əxlaqsız adamlardır 24 May 2019, 16:33 Çilinin tanınmış saytı Naxçıvandan yazdı 24 May 2019, 16:31 Deputatlar prezidenti məhkəməyə verdilər 24 May 2019, 16:26 İlk Qədr gecəsi dünən oldu, yoxsa bu gündür? - MÜBAHİSƏ 24 May 2019, 16:23 Ziyafət Əsgərov: “Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşır” 24 May 2019, 16:06 “Nar”-ın da dəstəyilə ADA-da uğurlu innovativ layihələr seçilib   24 May 2019, 16:03 Rusiyanın S-400 sistemləri: Vaşinqton-Ankara münasibətlərində növbəti gərginliyin adı 24 May 2019, 15:57 Böyük Britaniyanın yeni baş nazirin adı məlum olacaq 24 May 2019, 15:49 Aİ ilə yeni Sazişdə sahibkarlarımızın mənafeyi qorunurmu?   24 May 2019, 15:43 Goranboyun başçısı kümçülərlə görüşdü 24 May 2019, 15:40 Sabah karatenin əlbəyaxa döyüş növü üzrə peşəkarların mübarizəsidir - VİDEO 24 May 2019, 15:31 Müəllimi döydülər - Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi 24 May 2019, 15:06 Dünyada vəziyyət gərginləşir” - Prezidentin  iftardakı çıxışı - MƏTN 24 May 2019, 15:00 Arif Rəhimov Formula 1-in Bakıya qazandırdıqlarından danışdı   24 May 2019, 14:51 Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA 24 May 2019, 14:39 Bakı Mühəndislər Universitetində “Mənim Azərbaycanım” SƏRGİSİ - FOTOLAR   24 May 2019, 14:39 109 yaşlı “Ər və arvad”la həmyaşıd Akademik Musiqili Teatr 24 May 2019, 14:30 “Arsenal” - “Çelsi”: Finalda kimi dəstəkləyəcəksiniz: - Tanınmış azarkeşlər CAVAB VERDİ 24 May 2019, 14:23 Zelenski Poroşenkonun sərəncamını ləğv etdi 24 May 2019, 14:21 Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə - tərcüməçilərə təqdim edildi - FOTO 24 May 2019, 14:04 Sosial şəbəkələr “titrədi” – Zəlzələ xəbəri təsdiqlənmədi 24 May 2019, 14:02 Ali məktəblərə builki keçid balları aşağı salına bilərmi? - Rəsmi CAVAB 24 May 2019, 13:38 Tarixçi alim bugünkü problemlərin həll yolunu Cümhuriyyət dövründən öyrənməyə ÇAĞIRDI 24 May 2019, 13:29 Əbülfəs Qarayev Şamaxıda müraciətləri dinlədi 24 May 2019, 13:25 “Qafqazda Azərbaycan və erməni məsələsi” kitabı müzakirə olundu   24 May 2019, 13:20 Böyük Britaniyanın baş naziri istefa verdi 24 May 2019, 13:16  I qrupda maksimal bal toplamış gənc: “Bakı Ali Neft Məktəbi mənim hədəfim olub 24 May 2019, 13:06 Valeh Ələsgərov : “Bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərclədilər”   24 May 2019, 13:04 Əkrəm İmamoğlu CHP-nin tərzinə uyğun gəlmir - “23 iyundan sonra ulduzu parlaya da bilər, sönə də... 24 May 2019, 13:01 Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55