Arxiv
16 Noyabr 2018, 19:15 | AKTUAL
"Qarabağla bağlı beynəlxalq tribunal yaradılsın" - Azay Quliyev
"2002-ci ildə fəaliyyətə başlayan Beynəlxalq Cinayət Məhkəməsi artıq bir sıra ölkələrdə, xüsusilə keçmiş Yuqoslaviya üzrə ayrıca beynəlxalq tribunal yaradıb. Bu təcrübədən yararlanaraq Beynəlxalq Cinayət Məhkəməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunal yaratmalıdır".

Bu fikri Ukrayna parlamentində Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının 40-cı illik Forumu və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun Aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasının açılış mərasimində çıxışı zamanı Milli Məclisin  deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev söyləyib.

A.Quliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaranması üçün yetərincə əsaslar var. Belə ki, münaqişə başlayandan bəri Ermənistan azərbaycanlılara qarşı bir sıra beynəlxalq cinayətlər törədib. Xüsusilə, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə Baş Prokurorluq kifayət qədər ciddi dəlil və sübutları özündə əks etdirən istintaq materialları hazırlayıb. İnsanlıq əleyhinə cinayət törətmiş 305-dən çox erməninin beynəlxalq tribunallara verilməsi və İnterpol vasitəsilə tutularaq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsinə dair cinayət işi açıb. Onlar həbs edilərək Azərbaycana verilməlidir ki, cəzasızlıq hökm sürməsin və bundan sonra bu cinayətlərə yol açılmasın. Təəssüflər olsun ki, həmin şəxsləri cinayət məsuliyyətinə tam olaraq cəlb edə bilmirik. Ona görə də ayrıca beynəlxalq tribunalın yaradılmasına böyük ehtiyac var. Bu gün ermənilər beynəlxalq cinayətin bütün növünü Azərbaycan ərazisində azərbaycanlılara qarşı törədiblər.

ATƏT PA-nın vitse-prezidenti çıxışında vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsi siyasi mövqe sərgiləməməli və Xocalıda törədilmiş soyqırımı cinayətini törədənlərin cəzalandırılmasında Azərbaycanın təşəbbüsünü dəstəkləməlidir.

Beynəlxalq Cinayət Məhkəməsinin vitse-prezidenti Mark Perrin Biçambaut cavab olaraq bildirib ki, Azərbaycan Beynəlxalq Məhkəmənin üzvü olmasa da, onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cinayət tribunalının yaradılması təklifinə baxıla bilər.

A.Quliyev "Azərtac"a açıqlamasında deyib: “Bu tədbirdə dünyanın 146 ölkəsinin parlamentariləri toplaşıb. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qaldırdığım məsələnin mahiyyətini anlamaq üçün mühüm imkan yarandı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gürcüstan Patriarxlığından sərhəd açıqlaması 24 May 2019, 01:12 Dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçildi 24 May 2019, 00:36 Fuad Abbasov azadlığa buraxılıb - İddia 24 May 2019, 00:18 Mehriban Əliyeva iftar mərasimində - FOTOLAR 23 May 2019, 23:57 Tovuzda gənc qadın qonşusu tərəfindən döyüldü 23 May 2019, 23:40 “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq” - İlham Əliyev 23 May 2019, 23:19 Kürdəmirdə 5 yeniyetməni it dişlədi 23 May 2019, 23:06 Yerə metereoid düşdü - VİDEO 23 May 2019, 22:53 İsraildə güclü meşə yanğınları 23 May 2019, 22:30 Məktəblər arasında respublika çempionatı başladı 23 May 2019, 22:14 Zelenski Rusiya ilə danışığa getmir 23 May 2019, 21:57 Kriminal avtoritet saxlanıldı 23 May 2019, 21:43 Güclü zəlzələ Fransanı silkələdi 23 May 2019, 21:27 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir” – İsrail telekanalı 23 May 2019, 21:13 Vahid Naxış  yenidən “ANS”də  - FOTO   23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47