Modern.az

Dünyanın ən böyük Startup yarışması ilk dəfə Bakıda

Dünyanın ən böyük Startup yarışması ilk dəfə Bakıda

16 Noyabr 2018, 22:14

Bu gun Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Innoland" Inkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Startup Weekend” adlı travel yarışı başlayıb. Modern.az xəbər verir ki, eyni vaxtda dünyanın 4 qitəsində, 200-dən çox şəhərdə baş tutan qlobal "Startup Weekend" layihəsi ilk dəfə Azərbaycanın paytaxtında da həyata keçirilir.

 

"Startup Weekend" qlobal hərəkatı ilk dəfə Amerikanın Silikon vadisində start götürüb və hər il dünyanın bir sıra qabaqcıl ölkələrində müxtəlif mövzu başlıqları ilə həyata keçirilir. Azərbaycanda keçirilən bu tədbirin mövzusu turizm sahəsində innovasiyalara həsr olunub. Tədbirin ölkəmizdə keçirilməsində əsas məqsəd Azərbaycanda Startup ekosisteminə gənclərdə maraq yaratmaq və bu istiqamətdə onların rolunu artırmaqdır.

 

Tədbir çərçivəsində innovativ texnologiyalara əsaslanan ideyalar ilə səyahət sahəsində marağı olan gənclər, marketerler, dizaynerlər və proqramçılar komanda şəklində bir araya gələrək startuplar yaradacaq və münsiflər heyəti qarşısında təqdimat edəcəklər. Yarışın qalibi olan ideya isə keçiriləcək böyük finalda iştirak etmək şansı qazanır. Qalib komandanı mütəxəssislərdən ibarət münsiflər heyəti seçəcək. İştirakçılar üç gün ərzində mentorlardan biznes məsləhətləri və tövsiyələrini də dinliyə biləcəklər.

 

Qeyd edək ki, yarış ölkəmizdə “Azerbaijan Tourism Board”, “Paşa Travel” və “Coca-Cola Bottlers” LTD şirkətinin dəstəyi ilə reallaşır.

 

“Startup Weekend” adlı travel yarışa noyabrın 18-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?