Modern.az

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   

17 Noyabr 2018, 14:20

Naxçıvan Muxtar Respublikasında Qarabağ müharibəsinin cəsur döyüşçüsü İbad Hüseynlinin savaş yolunu anladan "Xüsusi təyinatlı İBAD-2" filminin ilk təqdimat mərasimi keçirilib.

Modern.az-ın məlumatına görə, Naxçıvan Gənclər  Mərkəzində  keçirilən tədbirdə ziyalılar, hərbçilər, kursantlar, ali və orta ixtisas məktəbinin tələbələri iştirak ediblər.

Tədbirə qonaq qismində Qarabağ Qazileri Anputant Futbol Federasiyasının prezidenti Rovsen Quliyev, "Həmvətənlərə dəstək" İctimai Birliyinin sədri Elmar Huseyn, Qarabag qazisi - 1993-cü illərdə Agdam  rayonunda Hərbi   polisin rəisi  olmuş  Camal Əhmədov, bəstəkar İmruzə  Hüseynova, “Milli dəyərlər üzrə maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən  Behbud , Dünya TV-nin əməkdaşı Leyla İlqar və İbad  Hüseynlinin  döyüş yoldaşları Sahib  Şirinov, Nurəddin  Hüseynov da dəvət ediliblər.


Qonaqlar öncə ümummilli lider Heydər Əliyevin abidəsini  ziyarət etdi və məzarı  önünə  çiçək düzüblər.  Sonra  Heydər  Əliyev adına  muzeyə baxıblar. Eyni zamanda Naxçıvanın  tarixi  yerlərinə baş çəkiblər. İbad Hüseynlinin  təşəbbüsü  ilə Naxçıvan  şəhidlərinin məzarı da ziyarət  edilib.


Bu, gənc rejissor  Natiq Novruzovun İbad Hüseynlinin savaş yolunu  anladan ikinci filmdir. Filmin rejissoru Rəşad Nuri, ssenari müəllifi Cəlaləddin Qasımov, musiqi bəstəkarı Fərahim Sadiqdir.  
Filmdə xalq artisti Nurəddin Mehdixanlı, aktyorlar Elçin Məmmədli, Rəşad  Səfərov, Vüsal Ələsgərov və digərləri çəkiliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü