Modern.az

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Aktual

17 Noyabr 2018, 14:47

İranın Təbriz-Zəncan magistralında, Miyana ərazisində yol qəzası nəticəsində 7 nəfər ölüb, bir nəfər yaralanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə İranın Şərqi Azərbaycan vilayətinin təcili yardım idarəsinin sözçüsü Vəhid Şadi xəbər verib.

Onun sözlərinə görə, hadisə ötən gecə “Persia” markalı minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində baş verib.

 

Şadi qəza nəticəsində 7 nəfərin hadisə yerində keçindiyini, yaralanan bir nəfərin isə xəstəxanaya aparıldığını deyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı