Modern.az

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   

Aktual

17 Noyabr 2018, 19:54

ABŞ Prezidenti Donald Tramp noyabrın 17-də Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının hələlik müzakirə olunmadığını bildirsə də, sonradan bu məsələyə qayıda biləcəyini istisna etməyib.

Modern.az  xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Amerika lideri bu barədə Kaliforniyaya səfərindən öncə Ağ evin qarşısında jurnalistlərə bildirib.

Türkiyənin NTV telekanalının yaydığı məlumata görə, ABŞ Prezidenti Səudiyyə Ərəbistanına təzyiqi azaltmaq üçün Güləni ölkədən çıxarmaq kimi bir fikirlərinin olmadığını qeyd edib. Ər-Riyadı ticarət və iqtisadi baxımdan Vaşinqtonun yaxın müttəfiqi adlandıran Donald Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı anlaşdıqlarını, Türkiyə ilə əlaqələri genişləndirmək istədiklərini vurğulayıb.

Xatırladaq ki, Ankara Fətullah Güləni 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdində təqsirləndirir və onun ekstradisiyasını israrla tələb edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır